banner
banner

Sİyasət

Hakimiyyətin sahibkarlara bağlı planı - ölkənin ən strateji sahəsində nələr baş verir...

Hakimiyyətin sahibkarlara bağlı planı -

Azərbaycanda sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət, eyni zamanda, iqtisadiyyatın bütün sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilir. Bununla yanaşı, davamlı iqtisadi inkişafın reallaşdırılması baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulur.

Qlobal və regional səviyyədə mürəkkəb siyasi-iqtisadi proseslərin hökm sürdüyü, iqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi indiki şəraitdə sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı Azərbaycanda reallaşdırılan sistemli tədbirlər mühüm önəm daşıyır. Bu baxımdan iqtisadi islahatlar paketi çərçivəsində son illərdə sahibkarlığın inkişafı ilə bağlı imzalanan mühüm sənədlər strateji əhəmiyyət kəsb edir.

Sahibkarlar yoxlanmır

Sahibkarlar ile ilgili görsel sonucu

Dövlət başçısının özünün də qeyd etdiyi kimi, sahibkarlığın inkişafı Azərbaycanın ümumi tərəqqisinin əsas şərtidir. Ona görə də iş adamlarına maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilən qərarlar, imzalanan qanun və sərəncamlar sahibkarlığın inkişafında nəzərə çarpan süni əngəllərin aradan qaldırılması, sahibkarların maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləmələri və Azərbaycanda biznes mühitinin daha da yaxşılaşması məqsədi daşıyır. Bu sırada müxtəlif dövlət orqanları tərəfindən sahibkarlıq subyektlərinin yoxlanmasını qadağan edən qanunun qəbulunu xüsusi qeyd etməyə dəyər. 2016-cı ildən qüvvəyə minən qanunun müddəti ötən ilin noyabrında daha 4 illiyə uzadılıb. Bu qanun sahibkarlara sanki yeni nəfəs verdi. Qanunun icrası nəticəsində yoxlamaların sayı 50 dəfədən çox azalıb.

Onu da qeyd edək ki, yoxlamalar dayandığı müddətdə vergi orqanları tərəfindən sahibkarların sıxışdırılması halları çoxalmışdı. Biznesin bu problemlə bağlı narazılıqları dövlət rəhbərliyi tərəfindən nəzərə alındı, vergilər naziri Fazil Məmmədov vəzifəsindən uzaqlaşdırıldı. Vergilər naziri təyin olunan Mikayıl Cabbarov sahibkarları incidən, fəaliyyətinə əngəl yaradan vergi əməkdaşlarını işdən azad etdi, eyni zamanda bizneslə vergi orqanları arasında tamamən yeni münasibətlərin əsası qoyuldu. Qarşılıqlı və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan, vergi orqanlarını sahibkarların dostu statusuna gətirməyə hesablanmış bu münasibətlər artıq bəhrəsini verməkdədir: heç bir təzyiq, sıxışdırma olmadan yanvar-fevral ayları üzrə vergi proqnozuna artıqlaması ilə əməl olunub.

Bundan əlavə, cəmiyyətin bütün təbəqələrinin rəyləri nəzərə alınmaqla, Azərbaycanın vergi qanunvericiliyinə dəyişikliklər paketi hazırlanmaqdadır. Bu dəyişikliklərin əsasən sahibkarlığın inkişafını stimullaşdırmağa yönəlməsi nəzərdə tutulur.

Ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə 2020-ci ilədək olan müddətdə Azərbaycanda kiçik və orta sahibkarlığın (KOS) inkişafı üçün biznes mühitinin daha da təkmilləşdirilməsi və maliyyə vəsaitlərinə və satış bazarlarına çıxışın asanlaşdırılması, biznes bilik və bacarıqlarının artırılması ilə rəqabətqabiliyyətliliyinin təmin olunması hədəflənir. Bununla yanaşı, KOS subyektlərinə münasibətdə maliyyə və vergi siyasətinin stimullaşdırıcı təsirinin gücləndirilməsi istiqamətində də fəaliyyət göstəriləcək.

Strateji Yol Xəritəsində müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün təxminən 700 milyon manat investisiya tələb olunur ki, nəticədə 2020-ci ildə iqtisadiyyatda təxminən 1 milyard 260 milyon manat əlavə dəyərin yaradılması gözlənilir.

Strateji Yol Xəritəsi imzalanandan bəri onda nəzərdə tutulan tədbirlərin icrası istiqamətində mühüm addımlar atılıb. İxrac prosedurları sadələşdirilib, ixracın stimullaşdırılması məqsədilə sahibkarlara ixrac təşviqi sənədinin verilməsi təmin olunub.  Bundan əlavə, prezidentin imzaladığı “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Fərmanla İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi” yaradılıb. Agentlik ölkədə kiçik və orta sahibkarlığın (KOS) inkişafını dəstəkləyən, KOS subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir. Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində kiçik və orta sahibkarlara bir sıra xidmətləri (təlim, məsləhət, informasiya, biznes-inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən “Kiçik və orta sahibkarlıq evi” yaradılacaq və onların fəaliyyəti “ASAN xidmət” mərkəzləri, “ASAN xidmət” mərkəzləri olmayan regionlarda isə İqtisadiyyat Nazirliyinin regional bölmələri vasitəsilə həyata keçiriləcək.

Sahibkarlar ile ilgili görsel sonucu

Borclar silinir

Ölkədə sahibkarların problemlərinin həllinə yönəlmiş mühüm addımlardan biri ötən il vergi borclarına görə yaranan faizlərin silinməsi məqsədilə elan edilmiş amnistiyadır. Amnistiya nəticəsində ötən il 154279 vergi ödəyicisinin 2 milyard 285 milyon 354,8 min manat məbləğində borcu ləğv edilib.

Bu sahədə son addımlardan biri də “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanundur. Qanunla 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş sosial sığorta borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyaları silinəcək.

Qeyd edək ki, ölkə üzrə sığortaedənlərin 12 il ərzində ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcun məbləği 100,2 milyon manat təşkil edir. Bundan əlavə, qanun layihəsi ilə sığortaedənlərin mövcud olan məcburi dövlət sosial haqları və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclarının 155,3 milyon manat hissəsinin silinməsi, 26,7 milyon manat hissəsinin isə tənzimlənməsi nəzərdə tutulur. Nəticə etibarilə, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun layihəsi ilə 373,7 min sığortaedənin, o cümlədən 217 min sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin məcburi dövlət sosial sığortası üzrə borcları tənzimlənəcəkdir.

Sahibkarlar ile ilgili görsel sonucu

Beynəlxalq hesabatlarda mövqeyimiz yüksəlir

Ölkədə sahibkarlığın inkişafı onun rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimləməsinin təkmilləşdirilməsini, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılmasını, ən qabaqcıl beynəlxalq təcrübəyə uyğun daha da cəlbedici biznes və investisiya mühitinin formalaşdırılmasını, mütərəqqi tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunmasını zəruri edir.

Bu zərurəti nəzərə alaraq dövlət başçısı ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlığını təmin etmək və rəqabət qabiliyyətini möhkəmləndirmək, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq məqsədi ilə xüsusi komissiya yaradıb.

Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafının stimullaşdırılması sahəsində görülən işlərin nəticəsidir ki, Dünya Bankının “Doing Business 2018: İş yerlərinin yaradılması məqsədilə islahatlar” reytinq hesabatında Azərbaycanın mövqeyi daha da yaxşılaşıb. Ölkəmiz 190 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Bundan əvvəlki hesabatda isə Azərbaycan 65-ci yerdə idi. Hesabatda Azərbaycan Avropa və Mərkəzi Asiya regionunda 3 ən islahatçı ölkədən biri elan edilib.

Reytinq hesablanarkən qiymətləndirilən 10 indikatordan 6-sı üzrə Azərbaycan irəliləyiş əldə edib. Belə ki, Elektrik şəbəkəsinə çıxış indikatoru üzrə 3 pillə, Əmlakın qeydiyyatı üzrə 1 pillə, Kiçik investorların hüquqlarının qorunması indikatoru üzrə 22 pillə, Vergilərin ödənilməsi üzrə 5 pillə, Müflisləşmə prosedurlarının rahatlığı üzrə isə 39 pillə irəliləyişə nail olunub.

Dünya Bankının hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşması ölkəyə xarici investorların gəlişi baxımından çox mühüm əhəmiyyətə malikdir. Çünki hansısa bir ölkəyə investisiya qoymaq istəyən investor mütləq 2 hesabata baxır - Qlobal Rəqabətqabiliyyətlilik İndeksi (Azərbaycan 2 pillə irəliləyib) və Doing Business. Hər iki hesabatda ölkəmizin mövqeyi getdikcə yüksəlir.

Ölkədə biznes mühitinin yaxşılaşdırılması, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirilməsi, sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin sayının təqribən 4 dəfə azaldılaraq 330-dan 87-yə endirilməsi ilə bağlı mühüm qərarlar qəbul olunub. Bununla yanaşı, dövlət başçısının imzaladığı müvafiq fərmanlarla ölkədə sahibkarların şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuraları yaradılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlham Əliyev Moskvaya gedir

Aprelin 22-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Rusiyaya işgüzar səfərə gələcək Azərbaycan Prezidenti Əliyev arasında danışıqlar keçiriləcək.

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib. Həmin ərazilərin Azərbaycanın ən gözəl yerlərindən biri olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik”.