banner
banner

Mədənİyyət

Əməkdar Artist Əyyub Quliyev Çində Beynəlxalq musiqi festivalında çıxış edib

Əməkdar Artist Əyyub Quliyev Çində Beynəlxalq musiqi festivalında çıxış edib

Çinin Siçuan regionun paytaxtı olan Çendu şəhərində "Musiqi Olimpi" I Beynəlxalq Musiqi festivalı keçirilib.

Festivalda Çinin tanınmış musiqi kollektivi - Siçuan Filarmonik Orkestri, Azərbaycan Əməkdar Artisti, Akademik Dövlət Opera və Balet Teatrının dirijoru, Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş tanınmış ifaçılar - Kristof Kruaze (violonçel, İsveçrə), Mey Diyanq (viola, Çin), Kanon Matsuda (fortepiano, Yaponiya) və Yudjin Kavai (skripka, Yaponiya) iştirak ediblər. Festival "Musiqi Olimpi" Fondu (Sankt-Peterburq) və Siçuan simfonik orkestri tərəfindən təşkil olunub. Konsertlər Çendu şəhərinin ən böyük konsert zalı olan "Yunduan"da (İCON Yunduan) keçirilib. Martın 17 və 18-də reallaşan konsertlərdə dirijor Əyyub Quliyevin rəhbərliyi altında Siçuan Simfonik orkestri rəngarəng proqramla çıxış edib. Mosart, Hofmayster, Sen-Sans və Çaykovskinin instrumental əsərləri ilə yanaşı Bethoven, Sibelius və Lyu Quminqin (Çin) orkestr əsərləri də böyük maraqla qarşılanıb.

Konsertin sonunda dinləyicilərin istəyini nəzərə alaraq azərbaycanlı dirijor və Çin orkestri proqramdan əlavə Bramsın macar rəqslərini ifa edib.

Beynəlxalq festival martın 23-ə qədər davam edəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər