Azərbaycan Kazanda Beynəlxalq Türk Kinosu Festivalında təmsil olunacaq
Martın 21-dən 25-dək Kazanda ilk dəfə keçiriləcək Beynəlxalq Türk Kinosu Festivalında ölkəmiz də təmsil olunacaq.
Festivalda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan nümayəndələri də iştirak edəcək.
İştirakçılar, həmçinin Novruz bayramı şənliklərinə də qatılacaqlar.
Festival çərçivəsində müxtəlif ölkələrin kinematoqrafçıları ilə yaradıcılıq görüşləri keçiriləcək. Tatarıstanın müxtəlif şəhərlərində və bölgələrində festival filmlərinin nümayişi də nəzərdə tutulur.
Mədəniyyət Nazirliyinin tabeliyinidə fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC “Azərmətbuatyayımı” ASC (VÖEN-1500515761) ilə satınalma müqaviləsi imzalayıb.
Əməkdar artist Aygün Bəylərin vəfatından sonra sosial şəbəkələrdə ona Xalq artisti fəxri adının verilməməsi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri bu məsələdə keçmiş nazir Əbülfəs Qarayevi günahlandırıblar.
Fransanın Paris şəhərində fəaliyyət göstərən Azərbaycan Evi ölkənin Evian-lö Bən şəhər bələdiyyə şurasının “Azərbaycan Bağı” ilə bağlı qərarı və parkda yerləşən Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi ətrafında yaranmış təhlükə ilə bağlı müraciətlə çıxış edib.