banner
banner

Gündəm

Nuşirəvan Məhərrəmli: Seçki təbliğatı ilə reklam fəaliyyəti arasında balans gözlənilməlidir

| Xəbər 8577 dəfə oxunub
Nuşirəvan Məhərrəmli: Seçki təbliğatı ilə reklam fəaliyyəti arasında balans gözlənilməlidir

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində indiyə qədər hər hansı qurum və namizəd tərəfindən KİV-lərlə bağlı şikayət daxil olmayıb.

Trend-in məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Azərbaycan Prezidenti seçkilərində kütləvi informasiya vasitələrinin rolu və vəzifələrinə həsr edilmiş seminar-müşavirədə deyib.

 

N.Məhərrəmli bu yaxınlarda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyası ilə görüş keçirdiyini bildirib: “Onlar hazırda fəaliyyətdə olan prezidentin dövlət başçısı kimi fəaliyyəti ilə namizəd kimi təbliğatının necə tənzimlənəcəyi ilə maraqlanırdılar. Mən bu sahədə balansın qorunub saxlanacağını bildirdim”.

MTRŞ sədri bildirib ki, ödənişli təbliğata bütün radio və televiziyalar hazırdır: “Amma seçki təbliğatı ilə reklam fəaliyyəti arasında balans gözlənilməlidir. Bəzən televiziyalarda mal və xidmətlərin reklamı namizədlər üçün ayrılan vaxtın qiymətindən baha olur. Bu səbəbdən telekanallar bəzən namizədlər üçün pullu efir vaxtının ayrılmasında maraqlı olmurlar. Ona görə də mən televiziya və radioların namizədlər üçün pullu efir vaxtı ilə bağlı ödəniş məsələsinə normal yanaşmasını istərdim".