banner
banner

Sİyasət

Əli Həsənov: KİV-lər diqqətli olmalıdır ki, Seçki Məcəlləsinin tələbləri pozulmasın

| Xəbər 9967 dəfə oxunub
Əli Həsənov: KİV-lər diqqətli olmalıdır ki, Seçki Məcəlləsinin tələbləri pozulmasın

Azərbaycanda keçirilən seçkilərin bütün mərhələlərində KİV-lərin mühüm rolu var.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov prezident seçkilərində kütləvi informasiya vasitələrinin rolu və vəzifələrinə həsr edilmiş seminar-müşavirədə deyib.

Ə.Həsənov qeyd edib ki, bu gündən Azərbaycan cəmiyyətində seçki ilə bağlı iki mühüm obyekt və subyekt var: “Birinci növbədə namizəd və onun platformasıdır. Hər bir namizəd öz proqram və hədəflərini, fikir və mülahizələrini KİV vasitəsilə əhaliyə çatdırmalıdır. Namizədlər televiziyada debatlar keçirəcək, həmçinin bölgələrdə seçicilərlə görüşəcək, ancaq həmin məkana bir qrup insan yığışacaq və bütövlükdə görüşün nəticələrini yenə də ictimaiyyətə mətbuat çatdıracaq. Bu baxımdan KİV-lərin rolu prezident seçkilərində iştirak edən namizədlərin rolu qədərdir”.

PA rəsmisi bildirib ki, KİV-lər seçkilərdə öz fəaliyyətini Seçki Məcəlləsinin tələblərinə uyğun qurmalıdır: “Yəni KİV-lər işlərini birinci növbədə öz peşəkarlığına, ikincisi isə Seçki Məcəlləsinə uyğun qurmalıdır. KİV-lər bütün namizədlər üçün həm qiymət, həm də vaxt və yer baxımından bərabər imkanlar yaratmalıdır”.

Ə.Həsənov deyib ki, seçkilər mühüm ümumxalq tədbiridir və KİV-lər bu məsələdə məsuliyyətli olmalıdır: “KİV-lər diqqətli olmalıdır ki, Seçki Məcəlləsinin tələbləri pozulmasın, çünki Məcəllənin hansısa tələbinin pozulması seçkilərin ümumi imicinə zərər gətirə bilər”.

Prezidentin köməkçisi vurğulayıb ki, KİV-lər ölkə Prezidentinin dövlət başçısı kimi fəaliyyəti ilə seçkilərdə namizəd kimi təbliğat fəaliyyəti arasında cizgini düzgün müəyyən etməlidir.

Ə.Həsənov əlavə edib ki, kommersiya məsələsində də namizədlər üçün bərabər şərait yaradılmalıdır, yəni bütün namizədlər üçün eyni qiymət siyasəti həyata keçirilməlidir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi