banner
banner

İqtİsadİyyat

Strateji yol xəritələrinin icrası ilə bağlı növbəti aylıq iclas keçirilib

| Xəbər 10222 dəfə oxunub
Strateji yol xəritələrinin icrası ilə bağlı növbəti aylıq iclas keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” üzrə Palatanın əsas icraçısı olduğu, həmçinin digər icraçısı olduğu strateji yol xəritələri ilə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə dair növbəti iclas keçirilib.

Trend-in məlumatına görə, Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda Strateji Yol Xəritələri üzrə müəyyən edilmiş Əməliyyat Planında icrası fevral və mart aylarında bitən tədbirlər müzakirə edildi. Bu çərçivədə Yol Xəritələrinin icrası ilə bağlı yaradılmış işçi qruplarının rəhbərləri tərəfindən görülmüş işlər iclas iştirakçılarının diqqətinə çatdırıldı.

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin qurulması istiqamətində görülmüş işlər barədə geniş müzakirə aparıldı. Reyestrin fəaliyyətə başlaması maliyyə xidmətlərinə çıxış imkanlarınn artmasına müsbət töfhə verəcək.

 

Aylıq əsasda keçirilən strateji yol xəritəsinin icrası ilə bağlı iclasda növbəti dövrlər üçün nəzərdə tutulan tədbirlərin vaxtında icrasına dair aidiyyəti struktur bölmələrə müvafiq təklif və tövsiyələr verildi.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az səhifəsi və press@fimsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi