banner
banner

Mədənİyyət

Akademik Milli Dram Teatrı yeni premyeraya hazırlaşır

Akademik Milli Dram Teatrı yeni premyeraya hazırlaşır

Martın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşasının premyerası olacaq.

Teatrın mətbuat katibi Cavid Zeynallı AZƏRTAC-a bildirib ki, səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimovadır.

Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının direktoru, Xalq Artisti Azər Paşa Nemətovdur.

Rollarda Əməkdar Artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edəcək.

Səhnə əsəri qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir. Tamaşanın məğzi belədir: İki dünya arasında sahibsiz bir məkana düşmüş qəhrəman vəfat etmiş qadını ilə ünsiyyətə girir. Qəhrəman sadəlövhcəsinə elə vəziyyətlər yaradır ki, sonradan özü onu fani dünyaya bağlayan hər şeydən qaçılmaz şəkildə imtina etməli olur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər