banner
banner

Maraqlı

Yatağa corabla girməyin daha bir FAYDASI: orqazmı asanlaşdırır

Yatağa corabla girməyin daha bir FAYDASI: orqazmı asanlaşdırır

Corabla yatmağın sağlamlığa olan təsirləri ilə əlaqədar bir çox fikirlər mövcuddur. Bəzi fikirlərdə corabla yatağa girməyin faydalı olduğu bildirilsə də, bunun əksini isbat etməyə çalışanlar da var. Ailem.az xəbər verir ki, yeni aparılan bir araşdırma nəticəsində isə corabla yatmağın cinsi münasibətlərə təsiri olduğu ortaya çıxıb.

Belə ki, 2005-ci ildə Groningen Universitetində həyata keçirilən bir araşdırmada yatağa corabla girən cütlüklərin daha yaxşı cinsi həyata sahib olduğu açıqlanıb. Çalışmanın nəticələri Kopenhagendə Avropa İnsan İnkişafı Dərnəyinə verilib. Araşdırmaya qatılan və yatağa corabla girən 13 cütlüyün orqazm olma faizi daha yüksək çıxıb.

Daha çox orqazm

Araşdırmada qadınların 50 faizinin corabsız, 80 faizinin isə corabla orqazm olduğu müşahidə edilib. Bunun qadınların partnyorun soyuq ayaqlarına qarşı mənfi reaksiya göstərməsindən qaynaqlandığını düşünürlər.
Bildirilir ki, araşdırma, əslində, seks əsnasında beynin vəziyyətini araşdırmaq üçün aparılıb. Lakin tamamilə təsadüfən ortaya bu hal çıxıb.

Eyni zamanda yatağa corabla girmək menopauza dönəmində yaranan narahatlıqları da aradan qaldırır. Bəzi qadınlar yatağa corabla girməyin istiliyi tarazlaşdırdığını, menopauzanın təsirlərini azaltdığını düşünür.
Londondakı Klivland Klinikasında da bu fikri dəstəkləyirlər. Mütəxəssislər gecə corabla yatmağın bədən temperaturunu tənzimlədiyini söyləyir.

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlinizin uğurlu və xoşbəxt keçməsi üçün 1 yanvarda nə etməlisiniz?

Yeni ili bir çoxları yeni, daha xoşbəxt və uğurlu həyatın başlanğıc nöqtəsi hesab edir. Ancaq həyatınızı yaxşılığa doğru tez və asanlıqla dəyişdirmək üçün müəyyən ritualları yerinə yetirməlisiniz. Dərhal rezervasiya edək - bu sehrli deyil, bu rituallar sizi uyğun əhval-ruhiyyəyə salmaq və sizi fəaliyyətə həvəsləndirmək üçün nəzərdə tutulub.

Kosmosdan qəribə siqnallar AŞKAR EDİLDİ

Kosmosun ən uzaq nöqtələrindən yayılan sirli sürətli radio partlayışları (FRB) alimlər üçün intriqa obyekti olmaqda davam edir. Yeni kəşf edilmiş siqnal hətta təcrübəli tədqiqatçıları da çaşdırıb və onları açmaq üçün yeni sirlər buraxıb.

2023-cü ilin ən maraqlı vəhşi təbiət FOTOLARI

2023-cü ilin ən maraqlı vəhşi təbiət fotoları yayımlanıb. Musavat.com xəbər verir ki, bu barədə “Naked-Science” məlumat yayıb. Belə ki, “Nature's Best Photography” (NBP) nüfuzlu beynəlxalq mükafatının münsiflər heyəti 2023-cü ilin nəticələrinə yekun vurub. Siyahıya 11 fotoşəkil daxildir:

2024-cü illə bağlı proqnoz: Ciddi dəyişikliklər... - FOTO

Yeni il artıq yaxınlaşır. Bütün astroloqların proqnozlarına görə, ulduzlar bizə 2024-cü ilin qeyri-müəyyən olacağını vəd edir. Birincisi, sıçrayış ilidir. İkincisi, ilin bütün rəqəmlərini toplasanız, 8-i alırsınız. Hər rəqəmin öz mənası var: doqquz bir dövrün sonunu göstərirsə, səkkiz sınaq və gərginliyi ifadə edir.