banner
banner

İdman

"Araz"dan ardıcıl 13-cü çempionluq

"Araz"dan ardıcıl 13-cü çempionluq

Bu gün futzal üzrə Yüksək Liqada keçirilən 22-ci turun “Araz” – EKOL oyunu nominal meydan sahibləri üçün əlamətdar olub.

Qol.az-ın Azərbaycan Futzal Federasiyasının "feysbuk" səhifəsinə istinadən məlumatına görə, mövsümdə 18-ci qələbəsini qazanan və aktivindəki xalların sayını 55-ə yüksəldən “Araz” 13-cü dəfə ölkə çempionu olub. Düzdür, “Marafon Futsal”ın “Araz”la xallarını eyniləşdirmək şansı qalıb. Ancaq bu baş versə belə, şəxsi oyunların göstəricisinə görə, “Araz” əlçatmaz olacaq. Buna görə də qarşıdakı 5 oyun “Araz” üçün formal xarakter daşıyacaq. Komanda ilk belə uğurunu 13 il əvvəl qazanıb.

Çempionluğun bayram edildiyi mövsümlər bunlardır: 2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09, 2009/10, 2010/11, 2011/12, 2012/13, 2013/14, 2015/16, 2016/17



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dünya mediası "Qarabağ"dan yazır

Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer 04"ə son dəqiqələrdə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.

Futbolçular təyyarədə huşunu itirdi - FOTO

Qambiya milli futbol komandasının bir neçə futbolçusu və heyət üzvü Afrika Millətlər Kubokunda iştirak üçün Kot-d'İvuara uçarkən təyyarədə huşlarını itiriblər.