banner
banner

İdman

Cüneyt Çakır dünya çempionatında

Cüneyt Çakır dünya çempionatında

FİFA DÇ-2018-in oyunlarını idarə edəcək hakimlərin siyahısını açıqlayıb.

Qol.az-ın ali futbol qurumunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Rusiyada keçiriləcək mundialda ümumilikdə 99 referi ədalət təmsilçisi olacaq. Onların 36-sı əsas, 63-ü isə köməkçi hakimlərdir.

FİFA Türkiyənin dünya səviyyəsində ən yaxşı referisi olan Cüneyt Çakıra növbəti dəfə etimad göstərib. Təcrübəli hakim DÇ-2018-in oyunlarına təyinat alacaq. Ona Bahattin Duran və Tarık Onqun kömək edəcəklər.

Qeyd edək ki, Çakır 2014-cü ildə Braziliyada təşkil olunan dünya çempionatında da iştirak etmişdi



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dünya mediası "Qarabağ"dan yazır

Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer 04"ə son dəqiqələrdə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.

Futbolçular təyyarədə huşunu itirdi - FOTO

Qambiya milli futbol komandasının bir neçə futbolçusu və heyət üzvü Afrika Millətlər Kubokunda iştirak üçün Kot-d'İvuara uçarkən təyyarədə huşlarını itiriblər.