banner
banner

İdman

Rumıniyalı boksçu: " Azərbaycan boksçusu yaxşı mübarizə aparırdı və güclü idi"

Rumıniyalı boksçu: " Azərbaycan boksçusu yaxşı mübarizə aparırdı və güclü idi"

"Son döyüşüm çox ağır keçdi, çünki üzərimdə kifayət qədər təzyiq var idi".

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Rumıniyanın Tırqu-Jiu şəhərində kişi və qadın boksçular arasında 56 kq çəkidə keçirilən Avropa çempionatındakı final döyüşündə Azərbaycan boksçusu Tayfur Əliyevi məğlub edən rumıniyalı boksçu Robert Jitaru bildirib.

O bildirib ki, qitə birinciliyində qarşısına qoyduğu məqsədə çətinliklə də olsa, nail olub: “İstəyirdim ki, finalda qalib gəlim. Çox çətin rəqiblə qarşılaşacağımı bilirdim. Gərgin mübarizə keçdi. Azərbaycan boksçusu yaxşı mübarizə aparırdı və güclü idi. Amma buna baxmayaraq, məndən olan gözləntiləri doğruldaraq çempion oldum”.

Rumıniyalı boksçu Azərbaycan idmançılarının hər zaman çox güclü rəqib olduğunu da bildirib: “Mənim qarşılaşdığım, ümumiyyətlə, tanıdığım boksçuların əksəriyyəti çox güclü rəqiblərdir. Onlar hər zaman öz üzərilərində işləyirlər”.

Qeyd edək ki, R.Jitaru və T.Əliyev arasında ötən gün keçirilən gərgin final qarşılaşmasında rumıniyalı boksçu 4-1 hesablı qələbə ilə qitə birinciliyinin qızıl medalını qazanıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dünya mediası "Qarabağ"dan yazır

Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer 04"ə son dəqiqələrdə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.

Futbolçular təyyarədə huşunu itirdi - FOTO

Qambiya milli futbol komandasının bir neçə futbolçusu və heyət üzvü Afrika Millətlər Kubokunda iştirak üçün Kot-d'İvuara uçarkən təyyarədə huşlarını itiriblər.