banner
banner

Krİmİnal

Arvadı tərəfindən öldürülən kişinin atası danışdı: "Mənə yalandan dedi ki, işləməyə gedib"

Arvadı tərəfindən öldürülən kişinin atası danışdı:

Qəbələdə itkin düşmüş şəxslə bağlı aparılan araşdırmalar hadisənin qətl olduğunu üzə çıxarıb.

ARB Şəki xəbər verir ki, həyat yoldaşı və qardaşı birləşərək Qəbələ sakinini öldürüb, sonra itkin düşmüş kimi qələmə verməyə çalışıblar.

Ancaq hadisə tez bir zamanda gün üzünə çıxıb. Qəbələdə itkin düşmüş şəxsin arvadı tərəfindən öldürüldüyü məlum olub.

Ağaməmməd Rəfiyev – Mərhumun atası: “Mənə dedi ki, Dursun Mingəçevirə işləməyə gedib. Gedib Mingəçevirdə işləyənlərdən soruşdum, dedilər ki, yoxdu burada. Gəldim evə”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşları birgə istintaq və əməliyyat-axtarış tədbirləri keçirib. Müəyyən edilib ki, martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib və bu zaman qadın ərinin qardaşı Vüsal ilə birgə daşla baş nahiyəsinə vuraraq qətlə yetirib. Cəsədini isə həyətdəki sanitar qovşağına atıb. Görülmüş tədbirlərlə Dursun Rəfiyevin meyiti oradan çıxarılıb.

Əfruz Rəfiyeva- Mərhumun bibisi: “Bilirdik itib, amma həyətdə basdırıldığını bilmirdik. Polislər həyətdə uşağı axtarırdılar. 5 dəqiqə keçmədi ki, meyiti tapdılar”.

Vüsalə Məmmədşərifova və Vüsal Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Axtarışda olan 43 nəfər saxlanıldı

Martın 25-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Azərbaycanda məmur rüşvət alarkən TUTULDU

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil kommunal istismar sahəsinin rəisi Valeh Abdullayev barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.