banner
banner

Mədənİyyət

İncəsənət məktəbinin şagirdləri təltif olunublar

İncəsənət məktəbinin şagirdləri təltif olunublar

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin müəllim və şagirdləri ilə görüşüb.

Trend-in məlumatına görə, məktəbin kollektivini uğurlar münasibətilə təbrik edən V.Zeynalov onlara gələcək fəaliyyətlərində böyük nailliyyətlər arzu edib. Sonra Beynəlxalq Muğam Mərkəzində keçirilmiş bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı Vaqif Mustafazadəyə həsr olunmuş konsertdə uğurlu çıxışlarına görə məktəbin şagirdləri: Fidan Babayeva, Təranə Qədimova, Natəvan Osmanova,Əli Salaylı, Dərya Hüseynova, Fatimə Quliyeva, Fərəh Əzizova, Nazim Əzimov, Natəvan Cəbizadə, Nurlan Cəfərli, Sevinc Məmmədova, Aysel Sadıqova, Leyla Süleymanlı, Məhəmməd Hacızadə, Amina Safiquliyeva, Dəniz Abbasova, Oğuz Qədimli, Zərifə Gərayeva, Tomriz Mütəllibzadə, Leyla Kərimli, Ləman Əhmədxanova və Sənan Eyvazov "Fəxri fərman"larla təltif ediliblər.

 

Qeyd edək ki, martın 15-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günü ərəfəsində görkəmli musiqiçinin adını daşıyan 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri onun əsərləri, müxtəlif caz kompozisiyaları ilə uğurla çıxış ediblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər