banner
banner

İdman

Azərbaycanın sərbəst güləş yığması Dünya Kubokunda ikinci yeri tutub

Azərbaycanın sərbəst güləş yığması Dünya Kubokunda ikinci yeri tutub

ABŞ-ın Ayova şəhərindəki sərbəst güləş üzrə Dünya Kubokuna yekun vurulub.

"Report"un məlumatına görə, finalda Azərbaycan millisi ABŞ-la üz-üzə gəlib.

Görüş təşkilatçı ölkə komandasının 6:4 hesablı qələbəsi ilə yekunlaşıb. Georgi Edişeraşvili, Coşqun Əzimov və Cəmaləddin Məhəmmədov qələbə qazandığı halda, Əfqan Xaşalov, Hacı Əliyev, Hacımurad Ömərov, Cəbrayıl Həsənov, Aleksandr Qostiyev və Roman Bəkirov uduzub. Bununla da Firdovsi Umudovun baş məşqçi olduğu kollektiv Dünya Kubokunu gümüş medalla başa vurub. Yarışın qalibi adını ABŞ qazanıb.

Azərbaycan millisi əvvəllər 2 dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunu əldə edib. Ötən il isə bürünc medal qazanılıb.

Qeyd edək ki, B qrupundakı görüşlərində Azərbaycan Kuba, Qazaxıstan və Monqolustanı məğlub edib. Təşkilatçı ölkə komandası isə A qrupunda Hindistan, Gürcüstan və Yaponiyanı üstələyib.

01:00. FİNAL. ABŞ - AZƏRBAYCAN - 6:4

57 kq. Tomas Gilman - Georgi Edişeraşvili - 7:8

61 kq. Kendrik Maple - Əfqan Xaşalov - 6:2

65 kq. Loqan Ştiber - Hacı Əliyev - 6:3

70 kq. Ceyms Qrin - Coşqun Əzimov - 4:4*

74 kq. Cordan Burafs - Hacımurad Ömərov - 7:0

79 kq. Kayl Deyk - Cəbrayıl Həsənov - 5:3

86 kq. Devid Teylor - Aleksandr Qostiyev - 12:2

92 kq. Jden Koks - Aslanbek Alborov - 4:4*

97 kq. Kayl Snayder - Roman Bəkirov - 14:3

125 kq. Nik Qvyazdovski - Cəmaləddin Məhəmmədov - 3:4

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dünya mediası "Qarabağ"dan yazır

Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer 04"ə son dəqiqələrdə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.

Futbolçular təyyarədə huşunu itirdi - FOTO

Qambiya milli futbol komandasının bir neçə futbolçusu və heyət üzvü Afrika Millətlər Kubokunda iştirak üçün Kot-d'İvuara uçarkən təyyarədə huşlarını itiriblər.