banner
banner

Krİmİnal

Meşədən oğurluq edənlər yaxalandı

Meşədən oğurluq edənlər yaxalandı

Aprelin 9-da Oğuz rayon meşə mühafizə və bərpası müəssisəsinin əməkdaşları Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Daşağıl kənd meşəbəyliyinin ərazisindən ağac materialının oğurlandığını bildiriblər.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Muxas kənd sakinləri Taleh Məhərrəmov və Xəyal İmamverdiyev saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Onlar ifadələrində mart ayının 18-də həmin ərazidən 1590 manat dəyərində 16 kub meşə materialını oğurlayıb, Şəkinin Oravan kəndi ərazisində satdıqlarını etiraf ediblər.

Faktla bağlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Axtarışda olan 43 nəfər saxlanıldı

Martın 25-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Azərbaycanda məmur rüşvət alarkən TUTULDU

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil kommunal istismar sahəsinin rəisi Valeh Abdullayev barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.