banner
banner

İqtİsadİyyat

Yerli istehsalı xarici xammaldan necə xilas edək...

Yerli istehsalı xarici xammaldan necə xilas edək...

Hazırda ölkə iqtisadiyyatının inkişafı ilə bağlı hökumətin təqdim etdiyi proqram və “yol xəritələri”nin başlıca məqsədi ölkədə qeyri-neft serktorunu inklişaf etdirmək, yerli istehsalı artırmaq və idxaldan asılılığı azaltmaqdır. Lakin təəssr üflər olsun ki, bir çox sahələrdə yerli istehsal sözü sadəcə simvolik xarakter daşıyır. Yəni məhsulun ərsəyə gəlməsi üçün lazım olan bütün növ xammal xaricdən idxal olunur, ölkədəki sənaye müəssisələrində isə son məhsul hazırlanır. Təbii ki, bunu da tam mənasında yerli istehsal adlandırmaq mümkün deyil. Bu faktor özünu yerli məhsulların qiymətinin dollarla paralel olaraq qalxmasında da göstərdi. Bəs görəsən, ölkə iqtisadiyyatının neft sektorundan ari-neft sılılığını aradan qaldırmaq və qeyri-neft sektorunun ixrac gəlirlərini artırmaq üçün handı addımlar atılmalıdır?

“Yeni Müsavat”a açıqlamasında bu durumu dəyərləndirən iqtisadçı-ekspert Vüsalə Əhmədova bildirdi ki, hal-hazırda ölkəmizin qeyri-neft sektorunda vəziyyət qənaətbəxş deyil: “Ən kiçik tələbat mallarından tutmuş avtomobillərədək xaricdən idxal olunur. Hətta ölkənin kənd təsərrüfatı sektoru belə yerli tələbatı tam ödəyəcək səviyyədə deyil. Gəlin ölkəmizin qeyri-neft sektorunda fəaliyyət göstərən istehsal müəssisələrinə nəzər salaq. Bu müəssisələrin əksəriyyətində istehsal olunan əmtəələrin ilkin xammalından başlayaraq son qablaşma vasitələrinə və hətta etiketlərinədək hər bir şey xaricdən gətirilir. Təbii meyvə şirələri adı altında satışa verilən məhsulların 90 faizi konsentratlardan hazırlanır ki, dolayısıyla bu konsentratlar da xaricdən idxal olunur. Qənnadı fabrikləri xaricdən gətirdikləri xammal və yüksək texnologiyalar əsasında istehsal həyata keçirdiklərini iddia edirlər lakin, istehsal etdikləri məhsulların keyfiyyəti yaxın qonşu ölkələrdən gətirilənlərdən belə qat-qat aşağıdır. Bir-iki tikiş evi mövcuddur ki, orada da istifadə olunan parçalar, saplar və s. ləvazimatlar yenə də xaricdən idxal olunur. Tütün, konserv və inşaat materialları müəssisələrində də analoji vəziyyətdir. Avtomobil zavodunun isə tam bir montaj sənayesi olduğunu demək olar”.

Vüsalə Əhmədova ile ilgili görsel sonucu

İqtisadçının sözlərinə görə, müasir dövrümüzdə texnologiyalar ölkələr arasında inkişaf səviyyəsini müəyyən edən ən önəmli faktor sayılır: “Rəqabət halında olan iqtisadiyyatlar yeni texnologiyalar yaratmaq və ya texnologiyaları digər ölkələrdən transfer etmək yarışındadırlar. Təbiidir ki, yüksək texnologiyalar əsasında istehsal olunan məhsulların ixracı ölkəyə daha çox gəlir gətirir. Bu səbəbdən də, inkişaf etməkdə olan ölkələr inkişaf etmiş ölkələrin istehsalını təqlid etməyə daha çox üstünlük verirlər. Çox zaman isə eyni nəticəni əldə etmələri mümkün olmur, böyük vəsaitlər və zaman itkisinə məruz qalırlar. Anlayırıq ki, yeni texnologiyaların yaradılması qısa müddətdə mümkün olacaq deyil, bunun üçün texnologiya parklarının, elim-texnoloji araşdırma və beyin mərkəzlərinin qurulması və illər tələb olunur. Böyük investisiyalar, subsidiyalar, saysız hesabsız sınaqlar əsasında yaradılan məhsulun isə nəticədə bazarının olub olmayacağı sual altındadır. Hər bir halda ölkənin coğrafi mövqeyi, təbii resursları və ölkə əhalisinin istedad səviyyəsi nəzərə alınmalı, hədəflər doğru müəyyənləşdirilməlidir. 1980-ci illərdə Türk tekstil firmaları Avropada satış bazarları axtarışında idilərsə, bu gün Türkiyə dünyaca məşhur markaların istehsal bazasına çevrilmiş durumdadır. Türk markaları isə hal-hazırda Avropa rəqibləri ilə yarışa biləcək səviyyədədirlər. 7-8 il əvvəl distribyutorluqla fəaliyyətə başlayan ”Taha Tekstil" hal-hazırda “LC. Waikiki”nin sahibidir. “Yeşim Tekstil” isə dünyaca məşhur bir çox markalar üçün istehsal həyata keçirir və bu kimi sair nümunələr gətirə bilərik. Xarici markaların istehsal üçün məhz Türkiyəni seçmələrinin bir sıra səbəbləri var ki, başlıcası coğrafi yaxınlıqdır".

V.Əhmədova  onu da vurğuıladı ki, ölkə üçün önəmli olan əlavə dəyəri yüksək məhsul istehsalının həyata keçirilməsidir: “İqtisadiyyatda yüksək əlavə dəyər yaratmaq, sektorda əlavə marjı daha yüksək olan mal və xidmət istehsal etmək deməkdir. Yüksək texnologiyalar olmadan da, əlavə dəyəri yüksək məhsul istehsalı mümkündür. Əlavə dəyər ilə Ümumi Milli Məhsul arasında birbaşa əlaqə mövcuddur, çünki, yüksək əlavə dəyər yüksək ÜMM deməkdir. Dolayısıyla, bir məhsulun istehsalında əmtəəyə dəyər qazandıran fəaliyyətlər nə qədər çox olarsa, məhsul müştəriyə bir o qədər çox fayda gətirmiş olacaq və dolayısıyla ÜMM da artacaqdır. Yüksək əlavə dəyərli əmtəələrin istehsalı xarici ticarət kəsirinin aradan qaldırılmasında ən önəmli faktordur. Məhsulun istehsalında nə qədər az idxal olunmuş vasitələrdən istifadə olunarsa, həmin məhsulun ixracı milli gəliri bir o qədər çox artırmış olur. Sadə dillə desək, bir əmtəənin istehsalı zamanı xammal tədarükündən başlayaraq, istehsalın son mərhələsinədək bütün prosesdə istifadə olunan resurs və vasitələrin yerli olması vacibdir. Əksinə, ölkəmizdə mövcud olan istehsal müəssisələrinin milli əlavə dəyər yaratma nisbətinin olduqca aşağı olduğunu görürük”.

V.Əhmədovanın fikrincə, əlavə dəyəri yüksəltmədə ilk addım məhsulun istehsal maliyyətlərinin aşağı salınmasıdır:“Yəni qoyulan sərmayə ilə məhsulun qiyməti arasında müsbət fərq yaranmalıdır. Əlavə dəyər yaratmanın digər yolları isə əmtəə istehsalında yeni dizayn, tədqiqat və inkişaf, brendləşmə, informasiya texnologiyalarının istifadəsi, ixtisaslaşmadır. Kifayət qədər risk kapitalına sahib olmayan müəssisələr daha çox innovasiyaların transferinə  müraciət edirlər. Aşağı səviyyədəki sərmayə kiçik və orta sahibkarlara innovasiya fəaliyyətləri həyata keçirmələrinə əngəl olur. Yüksək əlavə dəyər yaratmaq üçün isə yeniliklərin xarici ölkələrdən transferi əvəzinə, milli imkanlar hesabına yaradılması vacibdir. Bu səbəbdən dolayı inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın onurğa sütunu sayılan kiçik və orta sahibkarlara imkanlar açılmalıdır. Əlavə dəyəri yüksək olan və tam olaraq istehsalı ölkəmizdə mümkün ola biləcək əmtəələrə nümunə olaraq qida məhsullarından - ət və süd məhsulları, konservlər, tomat və bibər pastası, bəkməz, marmelat, mürəbbə və cemlər, turşular, meyvə və tərəvəz suları, sirkə, şorabalar, süfrə zeytunu, zeytun məmulatları, qurudulmuş meyvə və tərəvəzlər, emal edilmiş və qablaşdırılmış paxlalılar, yarımfabrikat yeməklər, şirniyyatlar, un məmulatları, ədviyyatlar, duz, bitki çayları; qeyri-ərzaq məhsullarından - sabun, gülsuyu, bəzi müalicəvi kosmetik vasitələr, gübrələr, bəzi hazır geyimlər və s. göstərmək olar”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Mərkəzi Bankın faiz qərarı - Manatın taleyi...

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 28-də keçirilən iclasında uçot dərəcəsinin 7.75 faizdən 7.5 faizə, faiz dəhlizinin yuxarı həddinin 8.75 faizdən 8.5 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.