banner
banner

İdman

"Qalatasaray"dan vacib qələbə - liderliyə yüksəldi

| Xəbər 1527 dəfə oxunub
"Qalatasaray"dan vacib qələbə

Bu gün Türkiyə superiqasında 29-cu turun oyunları davam etdirilib.

Qol.az-ın xəbərinə görə, turun mərkəzi görüşündə “Qalatasaray” “İstanbul Başakşehir”i qəbul edib. Liderliyə qayıtmaq üçün “Qalatasaray”a mütləq qələbə, qonaqlara isə heç-heçə də sərf edirdi.

 

Görüş Fatih Terimin komandasının 2:0 hesablı vacib qələbəsi ilə yekunlaşıb. Qolları Mariano (60-cı dəq.) və Emmanuel Adebayor (90-avtoqol) vurublar.

Bu qələbə sayəsində “Qalatasaray” yenidən liderliyə yüksəlib:

1. “Qalatasaray” – 29 oyun, 60 xal, 2. “Beşiktaş” – 29 oyun, 59 xal, 3. “İstanbul Başakşehir”- 29 oyun, 59 xal