banner
banner

İdman

“Mançester Siti” çempionluğu rəsmiləşdirdi

| Xəbər 3763 dəfə oxunub
“Mançester Siti” çempionluğu rəsmiləşdirdi

“Mançester Siti” vaxtından əvvəl İngiltərə çempionu olub.

Qol.az-ın xəbərinə görə, 34-cü turda “Siti” dünən səfərdə “Tottenhem”ə qalib gəlib (3:1), onun ən yaxın izləyicisi “Mançester Yunayted” isə bu gün evdə “Vest Bromviç”ə uduzub (0:1).

 

Hər komandanın ehtiyatda beş oyunu (bir matç öncədən təxirə salınıb) qalsa da, “Mançester Siti” ilə “Mançester Yunayted” arasında 16 xal fərq yaranıb. Beləliklə, bundan sonrakı görüşlərin nəticəsindən asılı olmayaraq, Xosep Qvardiolanın komandası 2017/18 mövsümünün qalibi adını qazanıb.

Bu, “Mançester Siti”nin tarixində beşinci İngiltərə çempionluğudur (1936/37, 1967/68, 2011/12, 2013/14, 2017/18)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi