
Bu gün Topaz Premyer Liqada 23-cü tura yekun vurulub.
Qol.az-ın məlumatına görə, ilk oyunda "Qəbələ" "Səbail"i qəbul edib və iki xal itirib. Digər oyunda "Keşlə" "Sumqayıt"ın qonağı olub və uduzub.
Turun mərkəzi qarşılaşması Bakıda keçirilib. Burada avrokuboklar uğrunda mübarizə aparan iki komanda - "Neftçi" və "Zirə" üz-üzə gəlib. "Ağ-qaralar" "Zirə"yə böyük hesabla qalib gəlib.
15 aprel (bazar)
19:00. “Zirə” – “Neftçi” - 0:3
Qollar: Rəhman Hacıyev, 9 (0:1), İqnasio Herrera, 90 (0:2), Rəşad Sadiqov, 90+5 (0:3)
Qırmızı vərəqə: Yani Urdinov, 51
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Ömər Paşayev
Zirə İdman Kompleksinin stadionu
18:00. “Sumqayıt” – “Keşlə” - 2:1
Qollar: Bəhlul Mustafazadə, 58 (0:1), Məqsəd İsayev, 68 (1:1), Ehtiram Şahverdiyev, 83 (2:1)
Qırmızı vərəqə: Məqsəd İsayev, 81
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Elşad Abdullayev, Ramil Diniyev
“Kapital Bank Arena”
17:00. “Qəbələ” – “Səbail” - 1:1
Qol: Fəhmin Muradbəyli, 55 (0:1), Famussa Kone, 82 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Cəmil Quliyev, Ziya Nəsirov
Qəbələ şəhər stadionu
14 aprel (şənbə)
16:00. “Kəpəz” – “Qarabağ” - 0:1
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 23 | 17 | 5 | 1 | 33-8 | 56 |
2 | Qəbələ | 23 | 12 | 6 | 5 | 37-23 | 42 |
3 | Sumqayıt | 23 | 11 | 6 | 6 | 31-25 | 39 |
4 | Zirə | 23 | 9 | 8 | 6 | 29-24 | 35 |
5 | Neftçi | 23 | 10 | 4 | 9 | 30-23 | 34 |
6 | Səbail | 23 | 5 | 4 | 14 | 15:32 | 19 |
7 | Keşlə | 23 | 4 | 6 | 13 | 20:36 | 18 |
8 | Kəpəz | 23 | 3 | 3 | 17 | 14:38 | 12 |
Bombardirlər:
Baqali Dabo ("Qəbələ) - 12 qol
Mahir Mədətov ("Qarabağ") - 8 qol
Amil Yunanov ("Sumqayıt") - 8 qol
Stiven Monroz ("Qəbələ") - 7 qol
Riçard Qadze ("Zirə") - 6 qol