banner
banner

Krİmİnal

Füzulidə polis əməkdaşı maşını ağaca çırparaq ağır xəsarət alıb

| Xəbər 3391 dəfə oxunub
Füzulidə polis əməkdaşı maşını ağaca çırparaq ağır xəsarət alıb

Füzuli rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, 1994-cü il təvəllüdlü Əsgərzadə Elməddin İnqilab oğlu idarə etdiyi "Niva" markalı maşını qəfil yol kənarındakı ağaca çırpıb. Ağır bədən xəsarətləri alan sürücü Bakıdakı xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Baş vermiş qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.

E.Əsgərzadə Tərtər rayon Polis şöbəsinin əməkdaşıdır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Gəncədə evdən oğurluq edən şəxs saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin oktyabr ayında şəhər ərazisindəki evdən oğurluq edən şəxs saxlanılıb.

Bakıda silahlı şəxs saxlanılıb

Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat həyata keçirilib.

Bakıda keçmiş məhkum avtomobildən oğurluq edib

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Şamaxı rayon sakini V.Ağakişiyev M.Həsənov küçəsində naməlum şəxsin onun “VAZ-2104” markalı avtomobilindən 100 manatını götürüb qaçdığını bildirib.