banner
banner

İqtİsadİyyat

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

| Xəbər 2332 dəfə oxunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Trend həmin məlumatı təqdim edir:

EUR

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi aprel ayının minimum və maksimum səviyyələri aralığında dalğalanmaqdadır. Gələcək istiqaməti proqnozlaşdırmaq üçün isə yuxarı və ya aşağı sərhədlərin qırılmasını gözləmək lazımdır. Beləliklə, hal-hazırda 1.23$-a ticarət edilən avro/dollar məzənnəsi üçün 1.24$-ın yuxarı istiqamətdə qırılması, qiymətin 1.26$-a kimi bahalaşa bilməsi üçün güclü siqnal rolunu oynayacaq. Bu baş vermədikdə, yəni qiymət 1.24$-ın altında qaldıqca, ucuzlaşma 1.22$-a kimi də davam edə bilər.

Bununla yanaşı, çərşənbə axşamı və çərşənbə günləri müvafiq olaraq Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq Avrozonanın gələcək iqtisadiyyatı ilə bağlı gözlənti indeksi və inflyasiya ilə bağlı önəmli statistik məlumatlar da investorların diqqət mərkəzindədir.

GBP

GBP/USD məzənnəsi 1.43$-a kimi bahalaşdıqdan sonra müqavimətlə rastlaşdığının və ucuzlaşdığının şahidi oluruq. Texniki analizə əsasən, qiymət yenidən 1.43$-ı yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, artım dalğası 1.44$ və 1.47$-a kimi də güclənə bilər. Çərşənbə günü saat 12:30-da yayımlanacaq İngiltərənin inflyasiya ilə bağlı fundamental məlumatların da məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.

 

TRY

Türkiyə bazarlarında da dolların ucuzlaşması müşahidə edilir. Belə ki, bazar ertəsi 4.0957TL-ə ticarət edilən USD/TRY valyuta cütlüyünün qiyməti 4.0722TL-ə kimi də ucuzlaşaraq, bu səviyyənin altında qalarsa, 4.0196TL-ə kimi də ucuzlaşa bilər.

OIL

Enerji bazarlarında isə Brent nefti keçən həftə proqnozlaşdırıldığı kimi, 73$-a kimi dəyər qazanıb. Bundan sonra qismən korreksiya edən bir barel üzrə qiymət 71-72$ aralığında ticarət edilməkdədir və yenidən 73$-a dəyər qazanaraq, üzərində möhkəmlənərsə, bir barel üzrə qiymətin 75$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

GOLD

Əlvan metallar bazarlarında qızılın bir unsiyası üzrə qiyməti 1346$-ın (43.2 $/qram) üzərində dalğalanmaqdadır və 1353$-ı (43.4 $/qram) da yuxarı istiqamətdə qırarsa, 1365$-a (43.8 $/qram) kimi də dəyər qazana bilər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi