banner
banner

İqtİsadİyyat

EXPO 2025-in Bakıda keçirilməsi ilə bağlı təklifin dəyərləndirilməsinə başlanılır - Missiya Azərbaycana gəlir

EXPO 2025-in Bakıda keçirilməsi ilə bağlı təklifin dəyərləndirilməsinə başlanılır

Beynəlxalq Sərgi Bürosunun (BIE) tədqiqat missiyası "EXPO 2025" sərgisinin keçirilməsi ilə əlaqədar Bakının müraciətini qiymətləndirmək üçün bu gün Azərbaycana gəlir.

Bu barədə Trend-ə Azərbaycan Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Missiya aprelin 19-dək ölkədə olacaq.

 

Qeyd edək ki, Azərbaycan "EXPO 2025" beynəlxalq sərgisinin mayın 10-dan noyabrın 10-dək Bakıda keçirilməsi üçün müraciət edib. Azərbaycanın sərgi üçün təqdim etdiyi mövzu “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması”dır.

Bu tədbirə ev sahibliyi üçün Yekaterinburq və Osaka şəhərlərinin də namizədliyi irəli sürülüb. Tədqiqat missiyası martın 6-8-də Yaponiyada, aprelin 2-4-də isə Rusiyada olub.

Tədqiqat missiyasının yekun rəyi BIE İcraiyyə Komitəsinin may ayında keçirilən iclasında müzakirə olunacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.

Dollarla bağlı mühüm qərar - Manatı nə gözləyir?

ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel bildirib ki, Amerika iqtisadiyyatı ilə bağlı proqnozlar özünü doğrultduğu təqdirdə, 2024-cü ildən baza faiz dərəcəsini "ehtiyatla” azaltmaq niyyətindədir.