banner
banner

Sosİal

Ağrıkəsici və yuxu dərmanları ilə bağlı xəbərdarlıq

| Xəbər 1564 dəfə oxunub
Ağrıkəsici və yuxu dərmanları ilə bağlı xəbərdarlıq

Kəskin ağrıkəsici preparatlarla yuxu dərmanlarının birgə qəbulu sağlamlığa ciddi təhlükə yarada bilər. Novator.az-ın məlumatına görə, bunu ABŞ-ın Stenford Universitetinin alimləri apardıqları tədqiqat nəticəsində bəyan ediblər.

Alimlər 2001-2013-cü illərdə güclü ağrıkəsici dərman qəbul edən, yaşı 18-64 arasında olan 300 min insanın səhhətini araşdırıblar. Bu insanların bir qismi həm də yuxu dərmanı qəbul edirmiş.

Tədqiqat göstərib ki, yuxu dərmanı ilə kəskin ağrıkəsicinin eyni vaxtda qəbulu ağrıkəsicinin doza həddini aşmasına və insanın xəstəxanalıq olmasına gətirib çıxara bilər. Ona görə də Stenford Universitetinin alimləri həkimlərə dərman vasitələrinin təsir və əks-təsir göstəricilərini ciddi nəzərə almağı tövsiyə edirlər. Onlar deyirlər ki, yuxu dərmanı qəbul etməyəndə kəskin ağrıkəsicinin doza həddini aşması təhlükəsi ən azı 15% aradan qalxır.