banner
banner

Dünya

Las-Veqasda hotel işçisi rəhbərliyə atəş açıb

| Xəbər 2669 dəfə oxunub
Las-Veqasda hotel işçisi rəhbərliyə atəş açıb

ABŞ-ın Las-Veqas şəhərində yerləşən "Venetian" hotelinin keçmiş əməkdaşı mehmanxanın rəhbərliyinə atəş açıb.

"Report" "nydailynews"a istinadən xəbər verir ki, hadisə dünən gecə hotel rəhbərliyinin piknik təşkil etdiyi Sanset parkında baş verib.

Əvvəlcə şübhəli şəxs 50 yaşlı qadını vuraraq öldürüb, ardından isə elə o yaşlarda olan kişiyə doğru atəş açıb.

Hazırda yaralı Las-Veqasdakı xəstəxanalardan birində kritik vəziyyətdədir.

Hələlik atəş açan şəxsi ələ keçirmək mümkün olmayıb, amma onun avtomobili yerli aeroportda aşkarlanıb.

Yerli KİV atəş açan şəxsin 2003-cü ildən kazinoda diler kimi fəaliyyət göstərdiyini yazıb. 2010-cu ilə olan məlumata görə, onun 300 min ABŞ dollarından çox borcu olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi