banner
banner

Gündəm

Vətəndaş generalın adı ilə təhdid edilir – Prezidentə müraciət

| Xəbər 9118 dəfə oxunub
Vətəndaş generalın adı ilə təhdid edilir

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin sakini Ramil Şahbazov Prezident İlham Əliyev, Dövlət Təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyevə, Daxili İşlər naziri Ramil Usubova və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib. Şikayətçi müraciətin bir surətinin də Cia.az saytının redaksiyasına ünvanlayıb. Ramil Şahbazov iddia edir ki, onu Baş Dövlət Yol Polisi idarəsinin rəisi Ramiz Zeynalovun adından təhdid edirlər. Şikayətçinin sözlərinə görə, o, bu ilin fevral ayının 1-dən “188” evakuator xidmətində işləməyə başlayıb. Onunla bağlanan əmək müqaviləsində aylıq maaşı 350 manat göstərilib. “Maaşdan əlavə ay ərzində işimə görə faiz almalıydım. Mənə demişdilər ki, aylıq işlədiyin pulun 10 faizi sənə çatacaq. Mən hər gün ən pis halda 100-180 manat civarında pul işləyirdim. Pulları hər axşam şirkətin rəhbərliyinə daxil olan Samir, yaxud da Səfər adlı şəxslərə verirdim. Bir ay işləyəndən sonra maaşımı istədim, amma vermədilər. Dedilər ki. 10-15 gün də gözlə maaşını da, işlədiyin pulların müəyyən edilən faizini alacaqsan. Mən də onlara inanaraq işləməyə davam etdim. Amma onlar söz verdikləri kimi deyil, hissə-hissə mənə cəmi 180 manat pul verdilər, məni get-gələ saldılar. Sonra da rəhbərimizin qardaşı Rəşad Mustafayev məni hədələməyə başladı. O, mənə dedi ki, bura Ramiz Zeynalovundur, əgər harasa şikayət etsən başına oyun açdırar, səni həbs etdirər”.
Şikayətçi müraciət etdiyi şəxslərdən bu məsələyə diqqət ayıırmalarını xahiş edir.
Məlumat üçün deyək ki, “188” evakuator xidmətinin rəhbəri İsmixan Mustafayevdir. Böyük ehtimalla şikayətçini qorxutmaq üçün Ramiz Zeynalovun adından istifadə edilir. Hər halda Ramil Şahbazov maaşını alana qədər şikayətlərini davam etdirəcəyini bildirir və güman ki, onun müraciət etdiyi qurumlar məsələni araşdıraraq həqiqəti üzə çıxaracaqlar.

Məsələ ilə bağlı "188" evakuator xidmətinin rəhbərliyi ilə əlaqə saxladıq, lakin onlar müxtəlif bəhanələrlə cavab verməkdən yayındılar.
Cia.az