banner
banner

Sİyasət

Hafiz Hacıyevin “səslərini oğurlayan” namizəd danışdı

| Xəbər 2103 dəfə oxunub
Hafiz Hacıyevin “səslərini oğurlayan” namizəd danışdı

11 apreldə keçirilən prezident seçkilərində namizəd olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ona verilən səslərin oğurlanması barədə səsləndirdiyi iddialardan əl çəkmir. O, hesab edir ki, seçkilərdə ikinci yeri tutan deputat Zahid Oruc və üçüncü sıranı rəsmiləşdirən ADP sədri Sərdar Cəlaloğlu onun səslərini oğurlayıblar.

Sitat: “Biz hələ yekun protokolları almamışıq. Yekun protokolları aldıqdan sonra partiyamız rəsmi bəyanatla çıxış edəcək. Hər halda mən hesab edirəm ki, bizim səslərimiz oğurlanıb və ikinci, üçüncü yeri tutan namizədlərə, oğrulara yazılıb. Bütün hallarda bununla bağlı ciddi mübarizə aparacam”.

S.Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında H.Hacıyevin iddialarına bu cür münasibət sərgilədi: “Burada tək seçkidən söhbət getmir. Hafiz Hacıyev yaxşı bilir ki, digər keyfiyyətlər baxımından ondan tamam fərqli bir siyasətçiyəm. Özümün fərqli ağlım, şüurum var. O ən çox Zahid Orucu nəzərdə tutub bunları deyə bilər. Çünki özü də etiraf edə bilər ki, namizədlərdən İlham Əliyevi çıxmaq şərtilə yerdə qalan namizədlərin hamısından çox səs toplamışam. Hətta hamısının cəmindən belə çox səs yığmışam. Tutduğum yeri kifayət qədər aşağı saldılar. Zahid Oruc heç özünə səs də istəmirdi. Əhalini İlham Əliyevə səs verməyə çağırırdı.

Sərdar Cəlaloğlu Hafiz Hacıyev ile ilgili görsel sonucu

Bir şəxsin özü, qohum-əqrəbası, tərəfdarları İlham Əliyevə səs verirsə, ona kim səs verər? İnsanlar ona görə səs verirlər ki, onların problemlərini qaldırırsan, mesajlar verirsən. Zahid Oruc isə cəmiyyətə heç bir mesaj vermədi. Bu baxımdan Hafizin onu nəzərdə tutduğunu düşünürəm. Məncə, Hafiz Hacıyev elə öz yerindədir, yəni seçkilərdə layiq olduğu yeri tutdu. Açığı deyim ki, onun Araz Əlizadə, Fərəc Quliyev və digərindən çox səs toplaması normal idi və toplamalı idi. Amma ikinci və üçüncü sıraya iddia edə bilməz. Buna çəkisi çatmır. Bir dənə protokol gətirib sübut etsin ki, hansısa bir dairə, məntəqədə çox yox,  mənimlə bərabər səs toplayıb, yaxud ən azından mənə yaxın səs yığıb. Əgər bunu sübut edə bilsə, hamının qarşısında deyirəm ki, ərizəmlə tutduğum yerdən imtina edəcəm, Hafizi yerimə qoymalarını istəyəcəm. Gülməli-gülməli danışır. Əlimizdə məntəqələrin protokolları var. O protokolların heç birində Hafiz mənə yaxın belə səs toplamayıb. Bizim qanuni səsimizi saxtalaşdırmayıblar, etsələr belə, bunu əleyhimizə ediblər, yəni səsimizi azaldıblar. Əminəm ki, beşinci yeri tutmaq üçün ona yazılan səslər də bizdən götürülüb. Sadəcə, o, debatlarda bir az maraqlı çıxış edirdi, nazirləri və bəzi məmurları söyürdü. Amma bu o qədər də səs gətirməz. Sadəcə olaraq, əhaliyə onun çıxışları gülmək üçün maraqlı gəlirdi. Vətəndaş onun problemlərini qaldıran, bu problemləri həll etmək imkanı olan şəxsə səs verir. Amma Hafiz Hacıyevin sözünün başı da, ayağı da ”qardaşım" idi, deyirdi ki, qardaşımla mənim fərqim yoxdur, hansımıza istəsəniz səs verin. Deməli, qardaşın birinci yerə çıxıb, sən də orada yoxsan. Burada başqa nə ola bilər? Sənin də seçicilərin başqasına səs verib. Qohumların, sənə yaxın olanlar insanlar dediyin şəxsə səs veriblər, bundan artıq daha nə istəyirsən? İkinci, üçüncü yerdə özünü görməklə şitini çıxarma".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi