Gülbən Ərgənin yeni sevgilisi Burak Törerlə bağlı maraqlı fakt ortaya çıxıb.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, Burak Gülbənin yaxın rəfiqəsi, jurnalist Hande Fıratın keçmiş sevgilisi olub. Hətta sənətçiylə Burakı Handenin tanış etdiyi ortaya çıxıb.

Müğənni bu günlərdə konsert verdiyi məkanda mediaya açıqlamasında eşq etirafı edib. O, çox xoşbəxt olduğunu bildirib:

“Gözəl düşünürəm, yaxşıyam və xoşbəxtəm”.