banner
banner

Sİyasət

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının XİN rəhbərlərinin iclasında iştirak edir

| Xəbər 2791 dəfə oxunub
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının XİN rəhbərlərinin iclasında iştirak edir

Düşənbədə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələrinin xarici işlər nazirlərinin növbəti iclası öz işinə başlayıb.

Azərbaycanın Tacikistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, ölkəmizi tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edir.

İclas iştirakçıları İqtisadi Əməkdaşlıq Təşkilatının layihə və proqramlarının icrası vəziyyəti, İƏT Katibliyinin beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı, İƏT-in Əfqanıstana yardım üzrə Yeni Proqramının qəbulu, həmçinin təşkilatın inzibati və maliyyə məsələlərini müzakirə edəcəklər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi