banner
banner

Krİmİnal

Bakı-Quba yolunda 49 yaşlı kişini maşın vurub

| Xəbər 1601 dəfə oxunub
Bakı-Quba yolunda 49 yaşlı kişini maşın vurub

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, magistralın Şabran rayonu ərazisindən keçən hissəsində 1959-cu il təvəllüdlü Cahangirov Asim Məmməd oğlunu avtomobil vurub. Piyada aldığı xəsarətdən ölüb. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb. Onun tutularaq istintaqa cəlb olunası istiqamətində əməliyyat-axtarış işləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.