banner
banner

Gündəm

Özbəkistanda özbək dilində Xocalı soyqırımı haqında kitab nəşr olunub

| Xəbər 8365 dəfə oxunub
Özbəkistanda özbək dilində Xocalı soyqırımı haqında kitab nəşr olunub

Daşkənddəki “İstiqlol nuri” nəşriyyatı Abduvali Saybnazarovun “Xocalı soyqırımında ölən insanlıq” adlı kitabı özbək və rus dillərində çap edilib.

Azərbaycanın Özbəkistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, kitabda “Xocalı-şəhiddlər şəhəri” adlı bölmə ilə açılır. Orada Xocalının coğrafiyası, tarixi və mədəniyyəti, 18-ci əsrə aid Əskəran qalası haqqında məlumat verilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini yerlə yeksan etdikləri bildirilir.

Kitabda bildirilir ki, amansızlıqla öldürülən 613 nəfərin arasında 106 qadın, 63 uşaq, 70 qoca olub. 8 ailə tamamilə məhv edilib, 56 nəfərin xüsusi qəddarlıq və vəhşiliklə qətlə yetirildiyi, 1275 nəfərin itkin düşdüyü, 150 nəfərin taleyi haqqında heç bir məlumat olmadığı qeyd edilir.

Topluda deyilir ki, Xocalı soyqırımı zamanı ermənilərin törətdikləri vəhşiliklər Xatın, Xirosima, Naqasaki, Sonqmi, Liditse, Oradur kimi cinayətlərlə bir sırada durur.

 

Əsərdə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu və 20 mindən çox adamın öldürüldüyü, 1 milyondan çox əhalinin qaçqın və məcburi köçkünə çevrildiyi haqqında məlumat verilir.

Kitabda qeyd olunur ki, Ermənistan öz işğalçılıq siyasəti nəticəsində Azərbaycanın zəbt olunmuş ərazilərində mədəniyyət abidələrini dağıdıb. Bununla da Ermənistan müharibə zamanı mədəniyyət abidələrinin qorunmasına dair Haaqa və Paris konvensiyalarını kobud surətdə pozub. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini hələ də yerinə yetirməyib.

Nəşrdə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi, dünyanın nüfuzlu kütləvi informasiya vasitələri Xocalı faciəsi haqqında, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, şahidlərin Xocalı faciəsi zamanı gördükləri dəhşətlər və digər məsələlər işıqlandırılır.

Qeyd edək ki, kitab Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi