banner
banner

Sosİal

Əvvəlki illərin məzunları yenidən buraxılış imtahanı verməli olacaq

| Xəbər 2475 dəfə oxunub
Əvvəlki illərin məzunları yenidən buraxılış imtahanı verməli olacaq

2019-cu ildə ali məktəblərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları da cari ilin məzunları kimi iki mərhələli imtahanda - buraxılış və qəbul imtahanlarında iştirak etməli olacaqlar.

Trend-in məlumatına görə, bunu Dövlət Imtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

Onun sözlərinə görə, ümumilikdə hər il qəbul imtahanlarında iştirak edənlər əsasən cari ilin məzunları olurlar.

M.Abbaszadə qeyd edib ki, əgər əvvəlki ilin məzunları ali məktəbə orta məktəbi bitirdikləri ildə deyil, bir neçə ildən sonra qəbul üçün imtahanda iştirak etmək istəyirlərsə, öz biliklərini təkmilləşdirməli və müasirləşdirməlidirlər: "Əvvəlki illərin məzunları hansı ildə qəbul imtahanlarında iştirak edəcəklərsə, həmin ilin tədris proqramları ilə tanış olmalıdırlar. Hazırda 9-cu sinif bazasından kolleclərə qəbul buraxılış imtahanları əsasında aparılır. Ona görə də 9-cu sinfi bitirə bilməyən şagirdlər üçün ayrıca buraxılış imtahanı təşkil olunur. Əvvəlki illərin məzunları da belə imtahana ayrı bir gündə qatılırlar. 1 il əvvəldən deyə bilmərəm ki, 2019-cu ilin buraxılış imtahanlarının cədvəli necə olacaq. Lakin həmin ildə əvvəlki illərin məzunları da cari ilin məzunları kimi ali məktəblərə qəbul üçün iki mərhələli - buraxılış və qəbul imtahanlarında iştirak etməlidirlər".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi