banner
banner

Sosİal

Rəhbər vəzifələrə ilk dəfə qəbul olmuş dövlət qulluqçuları üçün seminar keçirilib

| Xəbər 2429 dəfə oxunub
Rəhbər vəzifələrə ilk dəfə qəbul olmuş dövlət qulluqçuları üçün seminar keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) və Dövlət İdarəçiliyi üzrə Finlandiya İnstitutunun (HAUS) birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələrində müasir liderlik və potensial quruculuğuna dəstək (PADOS II) layihəsi” çərçivəsində rəhbər vəzifələrə ilk dəfə qəbul olmuş dövlət qulluqçuları üçün seminar keçirilib.

Trend-in məlumatına görə, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2018-ci ilin I rübündə dövlət qulluğuna qəbul sahəsində görülmüş işlər, imtahanlar, statistik göstəricilər məlumatlar barədə məlumat verib.

Finlandiya Dövlət İdarəçiliyi İnstitutunun Baş direktoru Anneli Temmes bildirib ki, institut 1971-ci ildə dövlət qulluqçuları üçün dövlətə məxsus mərkəzləşmiş təlim agentliyi kimi yaradılıb.

 

Seminarda Finlandiya Maliyyə Nazirliyində maliyyə məsələləri üzrə müşavir Ari Holopainen liderlik keyfiyyətləri, insan resurslarının idarə edilməsi, dövlət qulluğuna kadrların seçimi, dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı Finlandiya təcrübəsini bölüşüb.

Seminar müzakirələrlə davam etdirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi