banner
banner

Sİyasət

Aİ ilə Azərbaycan arasında yeni saziş ilə bağlı danışıqların növbəti mərhələsinin vaxtı açıqlanıb

| Xəbər 1603 dəfə oxunub
Aİ ilə Azərbaycan arasında yeni saziş ilə bağlı danışıqların növbəti mərhələsinin vaxtı açıqlanıb

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların növbəti mərhələsi may ayında keçiriləcək.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O bildirib ki, may ayında Aİ-dən Azərbaycana bir sıra səfərlər baş tutacaq:

“Hazırda biz Azərbaycanın Xarici İşlər Nazirliyi ilə birgə danışıqların növbəti mərhələsi üçün nümayəndələrin səfərləri ilə bağlı yekun tarixləri razılaşdırırıq. Ümid edirəm ki, bu, may ayında baş tutacaq”.

Azərbaycanla aviasiya sazişi barədə danışan K.Yankauskas bildirib ki, Aİ Azərbaycandan cavab gözləyir