banner
banner

Sosİal

Azərbaycanda hemofiliyalı xəstələr online yolla həkimlərdən məsləhət ala biləcəklər

| Xəbər 6661 dəfə oxunub
Azərbaycanda hemofiliyalı xəstələr online yolla həkimlərdən məsləhət ala biləcəklər

Azərbaycanda bu il ərzində hemofiliyalı xəstələr üçün “Smart Informasiya Kompyuter Texnologiyalar" Hemofiliya Mərkəzi yaradılacaq.

Bunu Trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova deyib.

Onun sözlərinə görə, hemofiliyalı xəstələr üçün il ərzində 30-dan çox seminar, treninq, konfrans, həkimlərlə tibbi konsultasiyalar və sair keçirilsə də, sadalanan tədbirlər çərçivəsində bütün pasientləri məlumatlandırmaq mümkün olmur. Ölkədə 1000 nəfərdən çox xəstə və onların ailə üzvlərinin maariflənməsinə və mütəxəssislərin məsləhətlərinə ehtiyac var.

 

G.Hüseynova qeyd edib ki, təşkilatın məlumat bazasında ağır formalı 517 hemofiliyalı və digər qan xəstəliyindən əziyyət çəkən xəstənin adı qeyd edilib:

"Onlar informasiya kompyuter texnologiyalar vasitəsi ilə mütamadi olaraq yeni xəbərlər haqqında məlumat almalıdırlar. Azərbaycanda yaşayan hemofiliyalı xəstələr üçün birbaşa yayım vasitəsi ilə telekonfranslar təşkil edilməli və onlar bu yolla həkimlərdən məsləhətlər almalıdırlar. Buna görə də Assosiasiyanın ofisində “Smart Informasiya Kompyuter Texnologiyalar" Hemofiliya Mərkəzinin yaradılması zəruridir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi