banner
banner

İqtİsadİyyat

Ekspert: Bu həftə dünya maliyyə bazarı üçün sakit olmayacaq

| Xəbər 7417 dəfə oxunub
Ekspert: Bu həftə dünya maliyyə bazarı üçün sakit olmayacaq

“Bu həftə dünya maliyyə bazarı üçün sakit olmayacaq”.

Bunu Trend-ə “Saxo Bank” investisiya bankının baş valyuta strateqi Con Hardi deyib.

O bildirib ki, ötən həftə sonunun əsas hadisəsi Qərb koalisiyasının Suriyaya hava zərbələri endirməsi olub:

 

“Amma ehtimal olunur ki, bu hadisə birdəfəlik xarakter daşıyıb. Suriya hökumətinə qarşı kampaniyanın davam etməsi ilə bağlı planlar açıqlanmayıb. Bununla belə, Rusiya ilə Qərbin bəyanatları sakitləşmir, Çin isə bu məsələdə Rusiyanı dəstəklədiyini bildirib. Bu isə gərginlik riskini artırır. Bu gün biz ABŞ-ın Suriya ilə işləyən Rusiya şirkətlərinə qarşı növbəti sanksiyalarını gözləyirik, rubl isə hazırda əlverişsiz mövqedə yer alır. Bu problem indi və ya yaxın gələcəkdə həll olunmayacaq”.

Onun sözlərinə görə, bu həftə funt sterlinqə diqqət ayırmaq lazımdır, çünki bu valyuta ötən həftə avro ilə münasibətdə uzunmüddətli diapazon həddindən aşağı düşüb:

“Brekzitdən sonrakı ticarət danışıqları bu həftə başlamlıdır və bununla bağlı olaraq istehlak inflyasiyası artımı sürətləndirə və ya heç bir dinamika sərgiləməyə bilər. Bundan başqa, bu həftə fond bazarında qeyri-sabit “hərəkətlənmədən” sonra şirkətlərin maliyyə hesabatlarının açıqlanacağı planlaşdırılır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi