banner
banner

Krİmİnal

Lombard sahibi 122 nəfərin qızılını götürüb Gürcüstana qaçdı

Lombard sahibi 122 nəfərin qızılını götürüb Gürcüstana qaçdı

Abşeron rayonu, Mehdiabad qəsəbə sakini Səidə Əhmədova lombarda 10 min manatlıq qızıl-zinət əşyalarını girov qoyub, 600 manat pul götürüb. Yaşlı qadın deyir ki, həmin 600 manat ona onkoloji xəstəlikdən əziyyət çəkən gəlininin müalicə xərclərinə lazım olub. Lombarda 600 manatı da, faizlərini də 2 il 6 ay əvvəl qaytarıb, lakin 10 min manatlıq qızıl-zinət əşyalarını bu günə qədər ala bilməyib: “Lombard Mehdiabadda ”Araz" marketə bitişik idi.

Sahibi Firuz Novruz oğlu  Əliyev idi, qızılları girov olaraq bizdən o, aldı. Əlimizdə də onun imzası, möhürü olan sənədlər var. 10 min manatlıq qızıl alıb, 600 manat pul verib. 2 il yarımdır ki, gedib-gəlirəm. O qədər əsəbiləşdirdilər ki, infarkt da keçirdim. 3 aya yaxın xəstəxanada qaldım. Axırda Firuza dedim ki, qızıllarımızı hansı banka qoymusan, de, gedək qızılları götürək. Demədi. Nəhayət, bu oldu ki, Firuz ölkədən qaçıb. Mehdiabad polisinə gedib-gəlməkdən ayaqlarım yorulub. Mənim kimi 122 nəfər zərərçəkən var".

Səidə Əhmədova deyir ki, lombard sahibinin himayəçiləri var, ona görə də həbs edilmir: “Biz Firuzun yanına uzun-uzadı get-gəllərdən sonra dedi ki, mən özümü qurtarmaq üçün 50 min dollar vermişəm, gedin kimə istəyirsiz şikayət edin. Biz də Xırdalan Rayon Polis İdarəsinə getdik. Bizi Əsgər müəllim qəbul edib şikayət ərizələrimizi aldı. Amma ortada nəticə olmadı. Firuz arvad-uşağını aparıb Tovuzda qayınatasının evinə yerləşdirib, özü də ölkədən qaçıb gedib. Ona sərhəddən çıxmasına niyə imkan veriblər, bilmirəm”.

S.Əhmədova deyir ki, evinə pensiya pulundan başqa gəlir daxil olmur: “Ailədə 5 nəfərik, hər beşimiz əlilik. Dolanışığımız ağırdır, çətindir. Pensiya almasaq, yaşaya bilmərik. Gedib-gəlmək üçün pulumuz yoxdur. Həmin qızıllar gəlinlərimin, özümün idi. Bir yerə toplayıb aparıb lombarda qoyub 600 manat götürmüşdük. Həmin qızılları ələ keçirdilər. İndi də Firuz qaçıb, onu axtaran yoxdur. Bunu Allah götürər?”

Səidə Əhmədova hüquq-mühafizə orqanlarına müraciət edərək lombard sahibi Firuz  Əliyevin Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilməsini, onların qızıllarının geri qaytarılmasını istəyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

Son vaxtlar ölkəmizdə dələduzluq faktları ilə bağlı şikayətlərin sayı kəskin artıb. Mediada, sosial şəbəkələrdə rast gəlinən şikayətlərdən məlum olur ki, dələduzlar müxtəlif adlar altında vətəndaşları aldadırlar. Problemin bu qədər genişlənməsinin bir səbəbi də odur ki, bəzən dələduzluq cinayətini törədənlərin aldatdıqları vətəndaşların pulunu geri qaytarması təmin edilmir. Bəzən isə cinayət törədən şəxs ağır həbs cəzasına məhkum olunmur, ya da az cəza verilir. Bu da dələduzların sayının artmasına, onların qurbanlarının çoxalmasına səbəb olur.

“Realmedia.az”ın baş redaktoru həbs edildi

“Realmedia.az" internet saytının baş redaktoru Ramin Qurbanov, özünü qəzetlərdən birinin müxbiri kimi təqdim edən Xəyyam Qurbanlı Daxili İşlər Nazirliyinə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında saxlanılıblar.

Rəşad Dağlı əfv olunur? – Hüquqşünas ŞƏRTİ AÇIQLADI

Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Dağlı) cinayət işi üzrə məhkəmə araşdırması ötən ilin iyul ayında başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Adəmin atasına 30 sutka həbs verildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.