banner
banner

Gündəm

Azərbaycan ön cəbhəyə canlı qüvvə və hərbi texnika yığır - erməni iddiası

Azərbaycan ön cəbhəyə canlı qüvvə və hərbi texnika yığır - erməni iddiası

Musavat.com xəbər verir ki, qondarma "DQR" rəhbərliyi və bu ərazidə qanunsuz məskunlaşan ermənilər qorxu içindədir.

Belə ki, Ermənistan mediası günlərdir iddia edir ki, Azərbaycan hücuma və hərbi əməliyyatlara hazırlaşır. Son olaraq dünən axşam saatlarında panarmenian.net saytı belə bir iddia ilə çıxış edib. Sayt "DQR"-in "müdafiə nazirliyi"nə istinadən yazır ki, Azərbaycan Qarabağ və digər bölgələrdəki təmas xəttinə texnika və canlı qüvvə toplayır. Guya bununla bağlı qondarma rejimin silahlı dəstələrində video-çəkiliş də var.

Sayt iddia edir ki, Ermənistanın paytaxtı İrəvanda 10 gündür davam edən etiraz mitinqləri və qarşıdurmalar "sərhəd bölgəsindəki situasiyaya təsir edə bilər". Elə buradan aydın olur ki, bu cür dezinformasiyalarla öz xalqını qorxudan cinayətkar Sərkisyan rejimi, bu yolla müxalifləri və etiraz elektoratını sakitləşdirmək istəyir. Musavat.com xəbər verir ki, bundan əvvəl də Ermənistan Müdafiə nazirliyi analoji bəyanat yaymışdı. Bu bəyanat Azərbaycan Müdafiə nazirliyi tərəfindən sərt bir üslubda təkzib olunmuşdu.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.

Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur – Vergi Xidməti bu müəmmanı açacaqmı?

Ötən il Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradan şəxs həbs edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki,sahibkar müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bir neçə gün əvvəl isə dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan şəxsə hökm oxunduğu barədə xəbərlər yayılıb.