banner
banner

İqtİsadİyyat

İqtisadiyyat Nazirliyi elmi məqalə müsabiqəsi elan edib

| Xəbər 10986 dəfə oxunub
İqtisadiyyat Nazirliyi elmi məqalə müsabiqəsi elan edib

İqtisadiyyat Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tələbə, magistr və doktorantlar arasında elmi məqalə müsabiqəsi elan edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müsabiqəyə təqdim ediləcək materiallar aşağıdakı mövzulardan birini əhatə etməlidir:

- Yeni dövrün iqtisadi çağırışları. İqtisadi islahatlar;

- “Made in Azerbaijan” brendinin təbliği;

- Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı;

Müsabiqədə hazırda orta ixtisas, bakalavr, magistratura və doktorantura təhsil pilləsində oxuyan şəxslər iştirak edə bilərlər.

 

Müsabiqəyə təqdim ediləcək məqalələr 8 səhifədən az olmamalı (Arial formatı, 12 yazı ölçüsü və 1,5 sətir aralığı), Azərbaycan, rus və ingilis dillərinin birində təqdim edilməlidir.

Məqalələr 2018-ci ilin 1 may tarixinədək müəllifin şəxsiyyət vəsiqəsinin və müvafiq təhsil müəssisəsində təhsil almasına dair sənədinin elektron surəti ilə birlikdə vusala.guliyeva@economy.gov.az ünvanına təqdim edilməlidir.

Təqdim olunmuş məqalələr İqtisadiyyat Nazirliyində yaradılmış Komissiya tərəfindən 10 may 2018-ci il tarixinədək qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaq.

Müsabiqə ilə bağlı əlavə məlumatı İqtisadiyyat Nazirliyindən almaq olar (Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84 (Hökumət Evi), 10-cu mərtəbə, 1004-cü otaq, tel: 493-88-67 (daxili 20-45) əlaqələndirici şəxs Vüsalə Quliyeva).

Müsabiqənin şərtləri ilə daha ətraflı aşağıdakı linkdən tanış olmaq olar.

http://economy.gov.az/uploads/fm/files/musabiqe-shertleri.pdf



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi