Mağaza sahibini 23 bıçaq zərbəsi ilə qətlə yetirən 21 yaşlı Əmraha 9 il cəza kəsildi
Mağaza sahibini öldürməkdə təqsirli bilinən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.
1997-ci il təvəllüdlü Əlizadə Əmrah Xanlar oğlunun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.
Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə Əmrah Əlizadəyə hökm oxunub.
Hökmə əsasən Ə.Əlizadə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Bildirək ki, ötən prosesdə prokuror Əmrah Əlizadənin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə ötən il yanvarın 9-da Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində Əmrah Əlizadə Hacıbaba Məmmədovu icarəyə götürüb işlətdiyi ərzaq mağazasında bıçaqlayıb. Hacıbaba Məmmədov 3 saylı Sabunçu şəhər xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Əmrah Əlizadə ifadəsində deyib ki, mağaza sahibinə borcu olub. Bir hissəsini ödəyən zaman Hacıbaba Məmmədov onu təhqir edib və pulunun hamısını istəyib. Bu zaman aralarında mübahisə yaranıb. Əlizadə deyir ki, mərhum onu öldürmək istəyib. Bu zaman o özünü müdafiə məqsədi ilə onu bıçaqlayıb.
Son vaxtlar ölkəmizdə dələduzluq faktları ilə bağlı şikayətlərin sayı kəskin artıb. Mediada, sosial şəbəkələrdə rast gəlinən şikayətlərdən məlum olur ki, dələduzlar müxtəlif adlar altında vətəndaşları aldadırlar. Problemin bu qədər genişlənməsinin bir səbəbi də odur ki, bəzən dələduzluq cinayətini törədənlərin aldatdıqları vətəndaşların pulunu geri qaytarması təmin edilmir. Bəzən isə cinayət törədən şəxs ağır həbs cəzasına məhkum olunmur, ya da az cəza verilir. Bu da dələduzların sayının artmasına, onların qurbanlarının çoxalmasına səbəb olur.
“Realmedia.az" internet saytının baş redaktoru Ramin Qurbanov, özünü qəzetlərdən birinin müxbiri kimi təqdim edən Xəyyam Qurbanlı Daxili İşlər Nazirliyinə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında saxlanılıblar.
Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Dağlı) cinayət işi üzrə məhkəmə araşdırması ötən ilin iyul ayında başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz yollarla ölkə ərazisində göndərilən külli miqdarda narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb.