banner
banner

İqtİsadİyyat

Azərbaycanın aqrar potensialı yeni çağırışlar fonunda

Azərbaycanın aqrar potensialı yeni çağırışlar fonunda

İqtisad üzrə fəlsəfə doktoru Xaliq Məmmədov "Azərbaycanın aqrar potensialı yeni çağırışlar fonunda" yazı hazırlayıb.

Trend həmin yazını təqdim edir:

Bu gün dünya xəritəsində elə bir ölkə tapmaq mümkün deyil ki, Azərbaycan Prezidenti qədər iqtisadi inkişaf üçün lazım olan kompleks tədbirləri həyata keçirməkdə israrlı olsun və bunun üçün tam qətiyyətli siyasi iradə ortaya qoysun. Son 14 ildə bu istiqamətdə ardıcıl, davamlı siyasət yürüdülmüş və nəticə olaraq qeyri-neft sektoru dinamik inkişaf edir, yeni sənaye sahələri yaranır, infrastruktur sosial-iqtisadi inkişafa adaptasiya olunur. Beləliklə, sosial yönümlü iqtisadi inkişaf yolunu seçən Prezidentimiz Azərbaycanın yeni iqtisadi tarixini yaradır.

Ən başlıcası ölkəmiz xarici investisiya üçün açıqdır və bunun üçün iqtisadi rıçaqlar yaradılmışdır.

Azərbaycanın valyuta ehtiyyatları artır, ölkəmiz iqtisadi gücünü möhkəmləndirir.

Makroiqtisadi səviyyədə ölkədə potensial ÜDM istehsalına çatması üçün məşğulluq problemi daim dəqqət mərkəzində saxlanılır. İndiyədək 1.500.000 daimi iş yeri yaradılmışdır. İşsizliyin aşağı salınması istiqamətində möhtərəm Prezidentimizin həyata keçirdiyi tədbirlər getdikcə iqtisadiyyatı öz potensial səviyyəsinə yaxınlaşdırır. Demək olar ki, bir sıra ölkələrdən fərqli olaraq işsizliyin dövlət tənzimlənməsi, işsizliyin dövlət müdaxiləsi uğurlu nəticələr vermişdir. Bunun məntiqi nəticəsi olaraq cari ilin I rübündə sənayedə 10%, kənd təsərrüfatında 4.2 % iqtisadi artıma nail olunmuşdur.

Sənayeləşmə siyasəti uğurla davam etdirilir.

Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət verən ölkə rəhbəri bu sahənin inkişafına böyük imkanlar yaratmışdır. Dövlət kənd təsərrüfatı texnikası alır, subsidiyalar verir, torpaqların keyfiyyətinin yaxşılaşdırılması tədbirlərinə, suvarma-meliorasiya işlərinə böyük həcimdə vəsait ayırır. Fermerlərə gübrə və bitki mühafizə vasitələri üçün dotasiyalar verir, vergi güzəştləri edilir. Bütün bunlar aqrar sahənin inkişafı üçündür, daxili bazarın təminatı və ixrac potensialının genişləndirilməsi məqsədi daşıyır.

Məlum olduğu kimi, kənd təsərrüfatı həm əhalinin ərzaq məhsulları ilə təminatı, həm də bir sıra sənaye sahələri üçün xammal bazasıdır. Odur ki, haqqında bəhs edilən sahənin inkişafı çox vacibdir. Həm də burada dünya təcrübəsi nəzərə alınmaqla milli, regional, ənənəvi xüsusiyyətlər unudulmamalı və bütün addımlar uzunmüddətli perspektivlərə hesablanmalıdır. Bu gün ölkəmizdə aparılan sərt monetar və fiskal siyasətin alətləri qısa müddətli dövrdə əhəmiyyətli ola bilər.

 

Bu vəziyyətdən çıxış yolu kimi Prezident tam elmi əsaslara söykənən addım atdı və kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji yol xəritəsini təklif etdi.

İndi aidiyyatı dövlət qurumları koordinasiyalı şəkildə bu sənəddən irəli gələn məsələlərin uğurlu həlli və kənd təsərrüfatında uzunmüddətli inkişafa nail olmaq üçün strateji plan hazırlamalıdırlar.

Bu cür strateji plan dayanıqlı ərzaq təminatına və emal sənayesinin xammalla təchizatına gətirib çıxaracaq.

İnamla qeyd etmək lazımdır ki, dövlətin kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı yaratdığı şərait kifayət qədər yetərlidir. Lakin burada həyata keçiriləcək olan vacib məqamlar var. Bu məqsədlə hesab edirik ki, aşağıdakı müddəalar nəzərə alınmalıdır:

  • Kənd təsərrüfatının bütün sahələrində intensiv istehsalın qurulması üçün dünya təcrübəsinin əsas xarakterik xüsusiyyətləri nəzərə alınmalıdır. Xüsusi ilə ilk növbədə heyvandarlıq sahəsində. Bu torpaq resurslarından rasional istifadəyə imkan yaradacaq;
  • Rayonlaşmanın aparılması – bunu tamamlayacaq torpaq, insan və texniki resursların hesablanması;
  • Hansı sahənin inkişaf etdirlməsi və bu sahənin emal sənayesi ilə uzlaşdırılması üzrə təhlil və planlaşdırma, yəni istehsalın xammal bazası, resurslar, maya dəyəri üzrə təhlil, daxili tələbat, ixrac potensialı arasındakı əlaqə xəttini qurmaq;
  • Təsərrüfatçılıq formasından asılı olmayaraq kənd təsərrüfatında mühasibat uçotunun tətbiqi. Bu gün əksər fermer təsərrüfatlarında bu sahənin geri qalması, istehsalın səmərəsiz təşkilinə gətirib çıxarmışdır.
  • Mövcud emal müəssisələlərinin istehsal gücü və xammal təminatının qarşılaşdırılmasının aparılması;
  • İdxal məhsullarının əvəz edilməsi üçün kənd təsərrüfatında məşğul olan sahibkarlıq subyektlərinə və investorlara istiqamət və planların hazırlanması (yeri gəlmişkən qeyd edək ki, bu ilin I rübündə keçən ilin anoloji dövrü ilə müqayisədə 39 mln. ABŞ dolları civarında daha çox ərzaq məhsulları idxal edilmişdir). İnamla deyə bilərik ki, düzgün elmi qaydada yanaşma aparılarsa, çox qısa zamanda bir qrup kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı üzrə daxili bazarı tam təmin edib idxaldan asılılığı dayandırmaq olar;
  • İstehsal – daxili bazarın tələbatı – mövsümilik arasında əlaqənin formalaşdırılması. Bu gün, məsələn, kartof istehsal olunur və qısa zaman kəsiyində satılır və ya ixrac olunur. İlin müəyyən dövründə ölkə idxaldan asılı qalır və beləliklə, təxminən aşağı-yuxarı 30 mln. dollar kartof idxalına ölkədən pul çıxır. Bu təkcə bir məhsul üzrədir. Belə hallar onlarladır.
  • Məhsul bolluğu üçün ev təsərrüfatlarının inkişafı məqsədilə tam fərqli modellər, metodikalar ortaya qoyulmalıdır, paralel olaraq iri intensiv təsərrüfatların yaradılması işi planlı şəkildə aparılmalıdır.

Bu vəziyyət ildə iki dəfə məhsul götürməyə, yəni məhsuldarlığın yüksəldilməsinə, maya dəyərinin aşağı salınmasına, məhsulların rəqabət qabiliyyətinin artırılmasına, əmək və digər resursların məşğulluğunun yüksəlməsinə gətirib çıxaracaq;

  • Kənd təsərrüfatı məhsullarının daha dərin emalına nail olunması, bu sahəni gəlirli və daha cəlbedici edəcək.

Bu cür tədbirlər çoxsaylıdır, çünki kənd təsərrüfatı çoxşaxəli olmaqla yanaşı, peşəkar yanaşma tələb edir. Dövlət bir müddət bu sahəni tam tənzimləməlidir. Əks təqdirdə, bu sahəyə qoyulmuş investisiya, edilən hər cür yardım və güzəştlərin səmərəsi az olacaq.

Nəticə olaraq sadəcə biz hesablamalıyıq ki, nə qədər torpağı, neçə baş inəyi, qoyunu və ya neçə min baş quşu olan təsərrüfat rəqabət qabiliyyətli və gəlirli ola bilər. Hansı təsərrüfatlar zərər çəkir və hansı səbəblərdən, həm də onları bu vəziyyətdən necə çıxarmaq olar, hətta lazım gələrsə yeni təsərrüfatçılıq formasına keçilməlidir.

  • Şəhərətrafı zonalar seçməliyik, burada bostançılıq, bağçılıq və s. istehsal qurşaqları yaratmalıyıq;

Elə bir kənd təsərrüfatı istehsalı qurmalıyıq ki, o uzunmüddətli, davamlı, intensiv, məhsuldar, keyfiyyət amilinə söykənən olsun;

  • Bu sahənin güclü inkişaf etdirliməsi üçün sahəvi mütəxəssislərin qısa müddətə yetişdirilməsi məqsədilə ən real dünya təcrübəsindən istifadə olunmalı, təhsil üçün xüsusi baza yaradılmalıdır;
  • Azərbaycan Sənaye Korporasiyasının imkanlarından kənd təsərrüfatının inkişafına yönəltməliyik;
  • Dünyada mövcud inkişaf Agentliklərinin yardımlarını kənd təsərrüfatına yönəltməliyik.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.

Dollarla bağlı mühüm qərar - Manatı nə gözləyir?

ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel bildirib ki, Amerika iqtisadiyyatı ilə bağlı proqnozlar özünü doğrultduğu təqdirdə, 2024-cü ildən baza faiz dərəcəsini "ehtiyatla” azaltmaq niyyətindədir.