banner
banner

Sosİal

Sumqayıtdan Saray qəsəbəsinə gedən avtobusların hərəkəti dayandırılıb

| Xəbər 10408 dəfə oxunub
Sumqayıtdan Saray qəsəbəsinə gedən avtobusların hərəkəti dayandırılıb

Sumqayıt şəhərinin Saray qəsəbəsindən şəhər mərkəzinə və əks istiqamətə işləyən avtobusların hərəkətinə məhdudiyyət qoyulub.

"Report"un yerli bürosu xəbər verir ki, Saraydan Sumqayıta gedən yolda bütün marşrutlar saxlanılıb.

Yerli sakinlərin sözlərinə görə, "Sumqayıt Nəqliyyatı" MMC-nin qərarına əsasən həmin istiqamətdə sərnişindaşıma ilə məşğul olan bütün avtobusların hərəkəti dayandırılıb. Bunun nəticəsində sakinlər bir neçə km. məsəfəni piyada getmək məcburiyyətində qalıblar. Sakinlər yaranmış vəziyyətə etiraz ediblər.

Sürücülər bildirib ki, marşrutların şəhərə buraxılmamasına səbəb "Sumqayıt Nəqliyyat" MMC tərəfindən onlara qoyulan haqqın vaxtında çatdırılmamasıdı.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi