banner
banner

Gündəm

Armen Sarkisyan ölkədə baş verən etirazların səbəbini açıqladı

| Xəbər 2551 dəfə oxunub
Armen Sarkisyan ölkədə baş verən etirazların səbəbini açıqladı

Ermənistanda sosial çətinliklər, gələcəyə inamın olmaması və narazılıq hissi Ermənistanda xalq etirazlarına səbəb olmuşdu.

Avropa.info xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Armen Sarkisyan deyib.

“Biz Ermənistanda xeyli problemin olduğunu dəfələrlə qeyd etmişik. Narazılıq və gələcəyə inamın olmaması təlatümlərə və xalq hərəkatına gətirib çıxardı. İndi ölkəmiz üçün tarixi andır, yeni Ermənistan yaratmağın vaxtı çatıb” – Armen Sarkisyan belə deyib.

Qeyd edək ki, dünən Ermənistan baş naziri Serj Sarkisyan tutduğu vəzifədən istefa vermişdi. Həmin gün Ermənistan prezidenti Armen Sarkiysan hökumətin istefasını qəbul etmişdi. Baş nazirin istefası ilə bağlı isə o, bu addımın toqquşmaların qarşısını aldığını demişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi