banner
banner

İqtİsadİyyat

Deputatdan dollar kreditləri ilə bağlı çağırış

| Xəbər 9724 dəfə oxunub
Deputatdan dollar kreditləri ilə bağlı çağırış

“Milyonlarla insan 2015-ci ilin fevralında və dekabrında baş verən iki devalvasiyası nəticəsində heç bir günahları olmadan, çox ağır zərbə alıb”.

Deputat Əli Məsimli bunu Milli Məclisdə “Müflisləşmə və iflas haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı bildi. O, banklardan götürülən dollar kreditləri ilə əlaqədar yaranmış problemin aradan qaldırılması üçün tədbirlər görməyə də çağırdı: “Bu yaxınlarda Azərbaycan prezidenti gözəl bir fərman imzaladı, vətən uğrunda şəhid olanların ailələrinə 11 min manat vəsait ayrılması barədə qərar verdi. Elə olmasın ki, vətən uğrunda şəhid olanlara ayrılan vəsait bank kreditlərinə ödənilsin”. Deputat 3 min dollara qədər borcu olan insanların, şəhid ailələrinin, pensiyaçıların durumunun daha ağır olmasına diqqət çəkdi: “Artıq elə bir vəziyyətdədir ki, borclarını qaytara bilmirlər”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi