banner
banner

Dünya

Türkiyə XİN Trampa 1915-ci ildə ermənilərin 500 mindən çox türk-müsəlmanı vəhşicəsinə qətlə yetirdiyini xatırlatdı

| Xəbər 1744 dəfə oxunub
Türkiyə XİN Trampa 1915-ci ildə ermənilərin 500 mindən çox türk-müsəlmanı vəhşicəsinə qətlə yetirdiyini xatırlatdı

ABŞ Prezidenti Donald Trampın 1915-ci il hadisələri ilə bağlı bəyanatı qəbuledilməzdir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Bəyanatda Türkiyə XİN Trampa 1915-ci il hadisələri zamanı erməni silahlı dəstələri tərəfindən 500 mindən çox türk-müsəlmanın, həmçinin Osmanlı İmperiyasında yaşayan digər millətlərin nümayəndələrinin vəhşicəsinə qətlə yetirildiyini xatırladıb:

 

"Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün həmişə birgə komissiyanın yaradılması təklifi ilə çıxış edib. Türkiyə hər zaman 1915-ci il arxivlərinin açılmasının tərəfdarı olub".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 1915-ci il hadisələrindən danışarkən yenə də "soyqırımı" sözünü işlətməyib. Bununla belə, D.Tramp ötən dəfə olduğu kimi, erməni dilində "böyük faciə" mənasını verən sözdən istifadə edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi