banner
banner

Gündəm

Muxtar Babayev Ümumdünya Meteorologiya Təşkilatı ilə memorandum imzalayıb

Muxtar Babayev Ümumdünya Meteorologiya Təşkilatı ilə memorandum imzalayıb

Ümumdünya Meteorologiya Təşkilatının Baş Katibi Petteri Taalasın Azərbaycana səfəri çərçivəsində “Hyatt Regency” mehmanxanasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “İqlim dəyişmələrinə adaptasiya sahəsində meteorologiya təşkilatlarının vacib rolu” mövzusunda Konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi Petteri Taalas, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsaqzai və FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak və beynəxalq təşkilatların, dövlət qurumlarının, elmi-tədqiqat institutlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində həmçinin Azərbaycan və Ümumdünya Meteorologiya Təşkilatı ilə hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə “Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Ümumdünya Meteorologiya Təşkilatı arasında anlaşma memorandumu” imzalanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Hurriyyet.az xəbər verir ki, sərəncamda bildirilib ki, 2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilib. Sərəncama əsasən, Nazirlər Kabinetinə Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlayıb həyata keçirmək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Saakaşvili xalqı "birliyə və hücuma" çağırdı

Cia.az xəbər verir ki, Gürcüstanın eks-prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili "ölkədə birlik və hücum vaxtının gəldiyini" bəyan edib. O, sosial şəbəkədəki səhifəsində yazıb: "Birlik və hücum zamanıdır!" Aprelin 15-də Gürcüstan parlamenti hakim "Gürcü arzusu" partiyasının fraksiyasının təqdim elədiyi "Xarici təsirin şəffaflığı" barəsində qanun layihəsinin müzakirəsinə başlayıb.