banner
banner

Sİyasət

Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər

Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər

Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər.

Trend-in məlumatına görə, bunu iqtisadçı ekspert, iqtisadiyyat elmləri doktoru Müslüm İbrahimov deyib.

M.İbrahimov qeyd edib ki, Azərbaycan və Türkiyə aparıcı iqtisadi tərəfdaşlardır:

 

“Ölkələr arasında ticarət dövriyyəsi və qarşılıqlı investisiyaların həcmi artır. “Cənub Qaz Dəhlizi” kimi layihələr regionda əməkdaşlığın yeni formatını yaradır. Bu layihələr Türkiyənin Ermənistan istisna olmaqla Cənubi Qafqaz ölkələri ilə daha sıx inteqrasiyasına xidmət edir”.

Azərbaycan və Türkiyə tərəfindən reallaşdırılan birgə layihələrdən danışan ekspert “Cənub Qaz Dəhlizi”nin vacibliyini qeyd edib:

“Bu gün Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirsə də, neft-qaz layihələrindən imtina etməyə hazırlaşmır. Azərbaycan təkcə enerji ehtiyatlarının ixracatçısı olmayacaq, həm də yanacaq tranzitindən əlavə mənfəət əldə edə bilər. Ümumilikdə, layihə həm Azərbaycanın, həm də Türkiyənin, eləcə də digər iştirakçı ölkələrin iqtisadiyyatının inkişafına töhfə verəcək”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu, Bakıya olan hörmət və etimadı göstərir - Hacıyev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.

Ərdoğan Putinə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və "Krokus City Hall"da terror aktı və insanların ölümü ilə bağlı başsağlığı verib.