banner
banner

İqtİsadİyyat

“Samur” sərhəd-keçid məntəqəsində İran vətəndaşı piyadanı vurub öldürdü

| Xəbər 1755 dəfə oxunub
“Samur” sərhəd-keçid məntəqəsində İran vətəndaşı piyadanı vurub öldürdü

Qusar rayonunun “Samur” sərhəd-keçid məntəqəsində İran İslam Respublikası vətəndaşının idarə etdiyi yük avtomobili ilə rayon sakini G.Saruxanova vurulub.

DİN-dən Trend-ə verilən məlumata görə, hadisə aprelin 25-də saat 6 radələrində Qusar rayonunun “Samur” sərhəd-keçid məntəqəsində baş verib.

 

Belə ki, İran İslam Respublikası vətəndaşı Qulamirzə Fərəczadə “Volvo” markalı yük avtomobilini arxaya verərkən Samur qəsəbə sakini Gülarə Saruxanovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi