banner
banner

Sosİal

ETSN: Qanun pozuntusu ilə bağlı toplanmış materiallar Baş Prokurorluğa göndərilib

ETSN: Qanun pozuntusu ilə bağlı toplanmış materiallar Baş Prokurorluğa göndərilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Oğuz rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

ETSN-dən Trend-ə verilən məlumata görə, reyd zamanı Oğuz rayonu Qumluq bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində yaşköküstə 112 sm diametrliyində 1 ədəd Şərq çinarı ağacının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacın Oğuz rayonu Şirvanlı kənd sakini Ramiz Abdullayev tərəfindən kəsildiyi və təbiətə 4000 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ev alanlara ŞAD XƏBƏR: Çıxarış veriləcək - DETALLAR

Azərbaycanda yaxın vaxtlarda Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq. Bir müddət əvvəl bununla bağlı açıqlama verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, mənzil alan şəxsin korporativə üzvlük mərhələsindən başlayaraq sonda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsinə qədər bütün proseslər vahid elektron sistem üzərindən həyata keçiriləcək.

Bakıda liftdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Bu tarixədək...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində martın 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bakıda hotel YANDI

Bakının Səbail rayonunda hoteldə baş verən yanğın söndürülüb.