banner
banner

Sağlamlıq

Əbədi cavanlıq tərəvəzi YAŞIL LOBYA. Faydaları

Əbədi cavanlıq tərəvəzi YAŞIL LOBYA.

Belə hesab olunur ki, lobyanın vətəni Qədim Misirdir. Qədim Misirdə lobyanı tək qida məhsulu kimi deyil, kosmetik vasitə kimi də istifadə edirdilər.

Misir dilbərləri lobyanı qurudur, üyüdür və pudra əvəzinə işlədirdilər.

XVIII əsrdə italyanlar ilk dəfə yeməklər bişirmək üçün yaşıl lobyanı istifadə etməyə başladılar. Hal hazırda yaşıl lobya bütün dünyada ən populyar və sevimli tərəvəzlərdən biridir.

Yaşıl lobyanın bir çox faydalı xüsusiyyətləri var. Lobya vitamin və minerallarla zəngindir. Onun tərkibində A, C, E, K, B qrupu vitaminləri, karotin, fol turşusu, kalsium, maqnezium, dəmir, sink, fosfor, mis kimi əvəzolunmaz mikroelementlər var.

Orqanizmin qocalmasını ləngidən, sərbəst radikalların təsirindən qoruyan yaşıl lobyanı "əbədi cavalıq tərəvəzi" adlandırırlar

Bəs yaşıl lobya nə ilə faydalıdır?

Saglamolun.az xəbər verir ki, ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar mövsümdə hər gün yaşıl lobya yeməlidir. Bu ürəyin və damarların fəaliyyətinə çox müsbət təsir edir, damarları təmizləyir, aterosklerozun inkişafının qarşısını alır.

- Kalsium və fosforla zəngin olan yaşıl lobya sümüklər, dişlər, saç və dərimiz üçün çox xeyirlidir. Fransızlar deyir ki, yaşıl lobyanı tez-tez yeyən qadın dəri, saçlar və dırnaqların vəziyyətinə görə narahat olmamalıdır, onlar hər zaman sağlam və gözəl olacaq.

Lobya bişirilən suyu atmayın, bu su ilə üzünüzü yuyun. Bu üz dərisi üçün çox faydalıdır - dərini cavanlaşdırır, daha hamar və elastik edir.

- Lobya qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqları  toksin, şlaklar və s. ziyanlı maddələrdən yaxşı təmizləyir, qəbizliyin qarşısını alır.

- Arıqlamaq istəyirsinizsə, hər gün 1-2 qida qəbulun əvəzinə 200 qr bişirilmiş yaşıl lobya yeyin (duz və yağ əlavə olunmur). Bu sadə üsulun köməyi ilə siz həm orqanizminizi təmizləyəcəksiniz, həm də tez bir zamanda arıqlayacaqsınız. Lobyanın tərkibində olan bəzi maddələr piylərin əriməsini tezləşdirir.

- Yaşıl lobyanın tərkibində "arginin" adlı maddə var. Bu maddə orqanizmə insulinə oxşar təsir edir - qanda şəkəri aşağı salır. Bu səbəbdən şəkərli diabet xəstələri üçün yaşıl lobya çox faydalıdır.

- Yaşıl lobya orqanizmdən artıq duzları xaric etməyə kömək edir. Bu səbəbdən tərəvəz böyrək daşı xəstəliyi və podaqra zamanı çox faydalıdır. Ümumiyyətlə yaşıl lobya sidik ifrazı sistemi üçün ən faydalı məhsullardan biri sayılır.

- Tərkibində fol turşusu, dəmir və mis olan yaşıl lobya qanazlığı zamanı kömək edir.  

- Lobya kişilər üçün çox faydalıdır. Lobyanın tərkibində olan sink kişilərin cinsiyyət sisteminə müsbət təsir edir, spermanın keyfiyyətini yaxşılaşdırır, bəzi kişi xəstəliklərinin inkişafının qarşısını alır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

21 gün şəkər yeməsək, nə olar?

Bu gün sağlam həyat tərzi trendləri arasında populyarlıq qazanan şəkərsiz qidalanma bir çox insanın izlədiyi üsula çevrilib. Bəs, bu cür qidalanma orqanizmə hansı faydaları verə bilər?

Oruc tutanlara bunları etmək olmaz - XƏBƏRDARLIQ

"Orucluq təkcə qida qəbulu deyil, nəfsə nəzarətdir. Bu, insanların davranışlarında özünü göstərməlidir. Çalışmaq lazımdır ki, bütünlükdə nəfsə, instinktə nəzarət həyata keçirilsin”.

Gecə oyanmaları təhlükəli xəstəliyin əlaməti ola bilər - İLK ƏLAMƏTLƏR

Bir şəxs şəkərli diabet olduqda, qan şəkərinin səviyyəsinin tənzimlənməsi pozulur. Bu, karbohidrat mübadiləsini tənzimləyən pankreas hormonu insulinlə bağlıdır. Birinci tip diabetdə immunitet sistemi insulin istehsal edən hüceyrələri təhlükə kimi qəbul edir və onları məhv edir. İkinci tip diabetdə bədənin hüceyrələri insulinə cavab vermir və ya sadəcə kifayət qədər insulin olmur.

İlkin mərhələdə infarktı necə bilmək olar?

Bir insanın ürəyinin bir hissəsinin qan tədarükünü itirdiyi və ölməyə başladığı zaman həyatı üçün təhlükəli bir vəziyyətdir. İnsana vaxtında müvafiq yardım göstərmək üçün infarktı mümkün qədər tez tanımaq vacibdir.

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: zəncəfili BELƏ istifadə edin

Zəncəfil istehlakı nəticəsində qanda şəkərin səviyyəsi normallaşır, “yaxşı” xolesterin isə əksinə artır. Bu parametrlər maddələr mübadiləsi ilə birbaşa əlaqəli olduğu üçün zəncəfil istehlak edən insanın orqanizmində daha az yağ yığılır və yağlar daha aktiv şəkildə parçalanır.

Gündə 8 saat yatmasanız: Bunlar olacaq

Rod-Aylend Universitetinin amerikalı psixoloqları insanların həyatının emosional sferası ilə bağlı daimi yuxu çatışmazlığının daha bir mənfi nəticəsini aşkar ediblər.