banner
banner

Maraqlı

300 məhkumun ölümünü izləyən qadın xatirələrini yazdı: “Edam səhbasında son dəqiqələr”

300 məhkumun ölümünü izləyən qadın xatirələrini yazdı:

Mişel Lyons Rikki Makginin ölüm anını izləməsindən 18 il ötməsinə baxmayaraq, hələ də bu hadisənin onu ağlatdığını deyir. 12 müddətində ABŞ-ın texas ştatında yerləşən ölüm cəzasının icra edildiyi qurumda işləyən Mişel Lyonsun vəzifəsi edam edilənləri izləmək olub. O, “Edam səhbasında son dəqiqələr” kitabında şahid olduğu hadisələri yazıb.

 

Mişel Lyons bildirib ki, hələ də Rikki Makginin anasını olüm otağının pəncərəsinə yapışıb qalmış halda xatırlayır. 12 il müddətində ştatda baş tutan bütün edamları izləyən Mişel xərəyə bağlanmış 300 kişi və qadının öldürülməsinə şahid olub. O, bildirib ki, ilk dəfə bir məhbusun edamına şahidlik edəndə 22 yaşında imiş.

 

O, yazır: “Edamları izləmək işimin bir hissəsi idi. Ölüm cəzasından yanayam, bəzi cinayətlərin qarşılığında bunun uyğun olduğunu düşünürdüm”.

 

Qeyd: Texasda 1924-cü ildən bəri bütün edamlar Huntville adlı kiçik qəsəbədə həyata keçirilir. Bu qəsəbədə 7 cəza evi var. 1972-ci ildə ABŞ Konstitusiya Məhkəməsi amansız cəza olduğunu göz önünə alaraq, edamı ləğv edib. Təxminən 2 ildən sonra Texas ştatı edam cəzasını geri gətirib. Bu dəfə zəhərli iynə ilə yeni edam üsulu yaranıb. 1982-ci ildə zəhərli iynə ilə öldürülən ilk məhkum Çarli Bruks olub. 

 

 

Kitabın müəllifi bildirib ki, o zaman edamlardan təsirlənməsə də, indi hadisələrə yenidən nəzər salanda narahatlıq hissi keçirir. O, bildirib ki, 12 il öldürülən insanları izləməyinə imkan verən hissizliyi olub.

 

Lyons yazır: “Bir insanın həyatdakı son dəqiqələrini izləmək normal deyil, amma Texas məhkumları o qədər tez-tez öldürülürdü ki, adiləşmişdi. 1924-1964-cü illərdə 361 məhkum elektrikli stula bağlanaraq öldürülmüşdü. Bu edam üsulu iynədən daha dəhşətli idi”.

 

 

Mişel Lyons yazır ki, dünyanın hər yerindən ona elektron məktublar yazıb, “dövlətin dəstəklədiyi cinayətə xidmət”də günahlandırırlar. O, edama məhkum edilmiş, uzun müddət ölümünü gözləyən məhkumların ailələri ilə tanış olduğunu bildirib. Mişel Lyons qeyd edir ki, bunlar arasında təcavüzkarlar, uşaq qatilləri, silsilə qatıllər də olub. Mişel 2004-cü ildə hamilə olduğunu, bundan sonra fikirlərinin qarışdığını, edamları izləməyin artıq dözülməz olduğunu yazır. Lakin o, işinə 8 il daha davam edib.

 

O, qeyd edir ki, məhkum edam olunan zaman qurbanın ailəsi şahid otağında edami izləyirmiş: “Evimdə onun üçün hər şeyi edə biləcəyim uşağım məni gözlədiyi an bu qadınlar öz uşaqlarının ölümünü izləyirdi. Anaların qışqırıb ağladığını, divarı yumruqlayıb-təpiklədiyini eşidirdim”.

 

Mişel xatirələrin onu narahat etdiyini qeyd edir: “İşdən ayrıldıqdan sonra daha az düşünüb, hiss edəcəyimi sanırdım, lakin əksinə oldu, dayanmadan bunları düşünürəm”.

 

Kitabda Mişel Lyons hələ də edam cəzasının vacib olduğunu düşündüyünü qeyd edib.

 

Qeyd edək ki, 2013-cü ildə keçirilən sorğuda Texaslıların 74 faizi edam cəzasını dəstəkləyib.

 

Musavat.com

    



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlinizin uğurlu və xoşbəxt keçməsi üçün 1 yanvarda nə etməlisiniz?

Yeni ili bir çoxları yeni, daha xoşbəxt və uğurlu həyatın başlanğıc nöqtəsi hesab edir. Ancaq həyatınızı yaxşılığa doğru tez və asanlıqla dəyişdirmək üçün müəyyən ritualları yerinə yetirməlisiniz. Dərhal rezervasiya edək - bu sehrli deyil, bu rituallar sizi uyğun əhval-ruhiyyəyə salmaq və sizi fəaliyyətə həvəsləndirmək üçün nəzərdə tutulub.

Kosmosdan qəribə siqnallar AŞKAR EDİLDİ

Kosmosun ən uzaq nöqtələrindən yayılan sirli sürətli radio partlayışları (FRB) alimlər üçün intriqa obyekti olmaqda davam edir. Yeni kəşf edilmiş siqnal hətta təcrübəli tədqiqatçıları da çaşdırıb və onları açmaq üçün yeni sirlər buraxıb.

2023-cü ilin ən maraqlı vəhşi təbiət FOTOLARI

2023-cü ilin ən maraqlı vəhşi təbiət fotoları yayımlanıb. Musavat.com xəbər verir ki, bu barədə “Naked-Science” məlumat yayıb. Belə ki, “Nature's Best Photography” (NBP) nüfuzlu beynəlxalq mükafatının münsiflər heyəti 2023-cü ilin nəticələrinə yekun vurub. Siyahıya 11 fotoşəkil daxildir:

2024-cü illə bağlı proqnoz: Ciddi dəyişikliklər... - FOTO

Yeni il artıq yaxınlaşır. Bütün astroloqların proqnozlarına görə, ulduzlar bizə 2024-cü ilin qeyri-müəyyən olacağını vəd edir. Birincisi, sıçrayış ilidir. İkincisi, ilin bütün rəqəmlərini toplasanız, 8-i alırsınız. Hər rəqəmin öz mənası var: doqquz bir dövrün sonunu göstərirsə, səkkiz sınaq və gərginliyi ifadə edir.